Menu
Geri İrəli

Suriyada öldürülən azərbaycanlı komandirin də Sumqayıtdan olduğu bildirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Mart 2014 • Baxış sayı: 539 dəfə • Şərh yoxdur
Share Button

suriya-345“Musab Abdurahim Abdulmacid” “İraq Şam Dövləti” silahlı qruplaşmasının tərkibində vuruşan azərbaycanlıların komandiri “Əbu Yəhya” öldürüldükdən sonra komandir təyin olunmuşdu

Suriyada son günlər öldürülən azərbaycanlılardan daha birinin Sumqayıt sakini olduğu məlum olub.

APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, öldürülən azərbaycanlı komandir “Musab Abdurahim Abdulmacid” ləqəbi ilə tanınan Sumqayıt sakinidir. Onun əsl adı açıqlanmır.

Mücahidlər onun meyitinin fotosunu da sosial şəbəkələrdə paylaşıblar.

Xatırladaq ki, “Musab Abdurahim Abdulmacid” Suriyada “İraq Şam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan azərbaycanlıların keçmiş komandiri “Əbu Yəhya” öldürüldükdən sonra komandir təyin olunmuşdu.

Qeyd edək ki, martın 22-də Suriyada “İraq Şam Dövləti” silahlı qruplaşması ilə “Kürd YPG” qruplaşması arasında döyüşdə 25 nəfər öldürülüb.

Onlardan 12-nin azərbaycanlı olduğu bildirilir. Öldürülənlərin əksəriyyəti Sumqayıt sakinləridir. Onların arasında yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Bayramov Ceyhun Süleyman oğlu da var.

Məlumata görə, Ceyhun Bayramovun bacısı da hazırda Suriyadadır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın