Menu
Geri İrəli

Sürücülər avtomobillərin təmizliyinə fikir verirlərmi?

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Yanvar 2013 • Baxış sayı: 159 dəfə • Şərh yoxdur

Payız və qış aylarında rayon mərkəzində tez-tez çirkli avtomobillərə rast gəlinir.

Payız və qış aylarının yağıntılı keçməsi avtomobillərin də tez-tez çirklənməsinə səbəb olur.  Xüsusilə, çöl hissəsi natəmiz avtomobillər daha çox kəndlərdən şəhərə gələn nəqliyyat vasitələri olur.  Avtomobilin çöl və salon hissəsini təmiz saxlamayan sürücülər üçün hər hansı cərimə yoxdur. Amma təmiz avtomobil onun sahibi haqqında da müsbət fikir formalaşdırır. Taksi fəaliyyəti ilə məşğul olan şəxslər qeyd edirlər ki, nəqliyyat vasitəsi təmiz olanda müştərilərin də sayı çox olur. Avtomobil sahiblərinin sözlərinə görə, nəqliyyat vasitəsi nə qədər təmiz olsa, sürücü və sərnişinlər özlərini bir o qədər rahat hiss edirlər.

Avtoyuma məntəqələrində bildirirlər ki, nəqliyyat vasitələrinin çirkli olub-olmaması onun yuyulma qiymətinə təsir etmir. Çünki avtomobilin təmiz, yaxud çirkli olmasından asılı olmayaraq su eyni təzyiqlə vurulur. Daha çox xarici markalı avtomobillərin sahibləri avtoyuma məntəqələrinə müraciət edir. Burada sürücülər nəqliyyat vasitəsinin salonundan daha çox çöl hissəsini təmizləməyə üstünlük verirlər. Xaçmazdakı avtoyuma məntəqlərindən bildirilir ki, gün ərzində 7-8 sürücü maşınının təmizliyi üçün onlara müraciət edir.

Avtomobilin çirkli olması üçün cərimə nəzərdə tutulmasa da, nəqliyyat vasitəsi hərəkətdə olarkən onun dövlət qeydiyyat nişanı görünmürsə, sürücü 40 manat məbləğində cərimə olunur. Bu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 155.1.7-ci maddəsində öz əksini tapıb./milli.az/

Facebook Şərhləndirmə:

Şərhinizi yazın