Menu
Geri İrəli

TƏHLÜKƏ: Sumqayıtda binaların zəlzələyə davamlılığının yoxlanılması zəruri hesab olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2012 • Baxış sayı: 223 dəfə • Şərh yoxdur

Kibernetika İnstitutu Azərbaycanda yaşayış binalarının seysmik dayanıqlığını yoxlamaq üçün yeni layihəsini hökumətə təqdim etməyi planlaşdırır, APA Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyevə istinadən yazır.

Əliyev bildirib ki, layihə zəlzələlər nəticəsində “dəyəcək ziyanı minimuma endirmək” məqsədi daşıyır.

Layihənin fəaliyyəti “hündürmərtəbəli binaların seysmodayanıqlığına nəzarət, monitorinq və baş verəcək təkanların əvvəlcədən proqnozlaşdırılması və digəri nəzərdə tutur.

“Əgər kiçik zəlzələlər zamanı bu dayanıqlıq pozulubsa, mütləq həmin binalarda bərpa işləri aparılmalıdır. Binaların seysmodayanıqlığının vəziyyəti hər kiçik zəlzələdən sonra yoxlanılmalıdır”, Əliyev deyir.

Onun sözlərinə görə, “dünyada məşhur olan Panama şirkəti” layihədə iştirak etməyi təklif edib.

Təhlükə

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) saytına əsasən Azərbaycanda paytaxta əsas seysmik təhlükə Abşeron yarımadasına yaxın olan Xəzər dənizi və Şamaxı bölgəsindəki zəlzələ ocaqlarından gözlənilir.

RSXM əsasən Bakı da daxil olmaqla, Sumqayıt, Gəncə, Mingəçevir və Əli Bayramlı kimi sənaye şəhərlərinin seysmik riskinin qiymətləndirilməsi zəruri hesab edir.

İyun ayında ABŞ-ın nüfuzlu Massaçusets Texnoloji İnstitutunun alimləri Bakı şəhərinin güclü zəlzələ riski altında olduğu barədə xəbərdarlıq edirlər.

MİT-in məlumat xidməti xəttilə iyunun 14-də yayılmış məqalədə Azərbaycanda tarixən dəfələrlə güclü zəlzələlərin baş verdiyi qeyd olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın