Menu
Geri İrəli

Tanınmış gənc siyasi fəal seçkilərdə iştirakdan imtina etdi

Müəllif: Sumqayitxeber.com • Tarix: 31 Avqust 2015 • Baxış sayı: 203 dəfə • Şərh yoxdur

39413Parlament seçkiləri yaxınlaşdıqca seçkiyə iddialı namizədlər də bir-bir mövqelərini bildirirlər. Gənc namizədlər xüsusilə ictimaiyyətin diqqət mərkəzindədir.

Avropa.info xəbər ki, tanınmış gənc siyasi fəal Zaur Əkbər də seçki ilə bağlı mövqeyini bildirib. Onun “Facebook”da yazdığı statusu təqdim edirik:

“Son iki ayda həm buradakı, həm də real həyatda görüşdüyüm dostlardan tez-tez bu il keçiriləcək parlament seçkilərində iştirak edib-etməməklə bağlı xeyli suallar verirlər. İndiyə qədər bu mövzu ilə bağlı komanda üzvlərimizlə bir neçə dəfə bununla bağlı geniş müzakirə aparmışıq. Bütün müzakirələrin sonunda dostlarımız bu qərarın daha çox özümün ixtiyarında olduğunu vurğulayıblar. Bundan başqa, bir sıra siyasi qurumlar belə öz namizədliyimi irəli sürəcəyim halda həmin dairədən məni dəstəkləyəcəklərini açıq şəkildə bildiriblər. Həmin qurumların rəhbərliyində təmsil olunan şəxslərə mənə göstərdikləri etimada görə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm!

Hər kəsə söz verdiyim kimi avqust ayının sonu, yəni bu gün qərarımı bəyan edirəm. Bu qərarı verməzdən əvvəl bir daha dostlarımızın təklif və tövsiyələrini nəzərdən keçirdim. Və indiki halda regionda və ölkədə gedən prosesləri, xüsusilə də, ölkədə minimum da olsa normal seçki mühitinin hələ də olmaması, sonuncu parlament seçkilərindən ötən 5 il müddətində ictimai-siyasi sahədə müşahidə olunan sürətli geriləmələri, “seçki” əvəzinə bu il yenə də rəzalətin təşkil olunacağına əmin olduğumu nəzərə alaraq bu ilki parlament seçkilərdə namizədliyimi irəli sürməyəcəm. Hesab edirəm ki, bu seçkilərdə iştirak etmək əlavə vaxt itkisi və enerjidir. Ona sərf olunan vaxtı komanda işinin gücləndirilməsi və genişləndirilməsi işinə sərf edib növbəti mərhələyə hazırlaşmaq daha faydalı və daha effektiv olardı. Ancaq mənim bu qərarım heç də seçkidə iştirak etmək arzusunda olan digər şəxsləri seçkini boykot etmək çağırışı kimi başa düşülməməlidir. Seçkilərdə iştirak edib-etməmək hər kəsin şəxsi hüququdur.

Seçkilərdə iddialı olan bütün namizədlərə uğurlar arzulayıram!”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın