Menu
Geri İrəli

Trabzonlu menecerdən “Sumqayıt”lı Orxan Əliyevlə bağlı açıqlama – EKSKLÜZİV

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Yanvar 2013 • Baxış sayı: 276 dəfə • 1 şərh

Məlum olduğu kimi,  son günlər  yerli idman mediasında “Sumqayıt”  futbol klubunun üzvü Orxan Əliyevin Türkiyənin “Trabzonspor” klubundan dəvət aldığı yönündə xəbərlər dolaşmaqdadır. Hətta qardaş ölkə klubundan “Sumqayıt” klubuna bu nəsələ ilə bağlı faks göndərildiyi də deyilirdi.

Amma deyəsən, bu məlumatlar heç də həqiqəti əks etdirmir.  Belə ki, “Trabzonspor”  klubuna yaxınlığı ilə bilinən menecer Sərcan Dəmirbağ saytımıza eksklüziv açıqlamasında Orxan Əliyevin “Trabzonspor”a keçidinin mümkünsüz olduğunu bildirdi: “Trabzon təmsilçisinin gündəmində Orxan Əliyev adlı futbolçu yoxdur. Böyük ehtimalla bundan komandanın çalışdırıcısı Şenol Günəş də xəbərsizdir.  Bu üzdən komanda rəsmiləri tərəfindən “Sumqayıt”a faks göndərilməsi də inandırıcı deyil”

Dəmirnağ açıqlamasında “Sumqayıt”ın futbolçusunun  ən yaxşı halda sözügedən klubun ikinci komandası sayılan və Türkiyənin aşağı dəstəsində mübarizə aparan “1461 Trabzon” komandasında yer ala biləcəyini də qeyd etdi.

Tural Məmmədov

Facebook Şərhləndirmə:

“Trabzonlu menecerdən “Sumqayıt”lı Orxan Əliyevlə bağlı açıqlama – EKSKLÜZİV” yazısına bir cavab

  1. Ruslan deyir:

    Yalan söhbətdi. Bir vaxtda deyirdiler ki, “Porto” istəyir. “Ayaks”la “Liverpul” da onun keçidində maraqlıdı. Keçən dəfə nəticəsi nə oldu ki, indi də nə ola?!

Şərhinizi yazın