Menu
Geri İrəli

Türkiyə ordusunun komandanı Azərbaycana gəlir

Müəllif: Sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2015 • Baxış sayı: 134 dəfə • Şərh yoxdur

hulusi-cmcMN məlumat yaydı.

Oktyabrın 5-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.

Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı H.Akarın rəsmi səfəri oktyabrın 7-dək davam edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın