Menu
Geri İrəli

Türkiyəli nazir Sumqayıt şəhəri ilə tanışlıqdan məmnun qaldığını deyib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Dekabr 2014 • Baxış sayı: 362 dəfə • Şərh yoxdur

ARDNŞ prezidenti Rövnəq Abdullayev Türkiyə Respublikasının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, qonaqları səmimi salamlayan ARDNŞ-nin prezidenti Ulu öndər Heydər Əliyevin Azərbaycanla Türkiyənin bir millət iki dövlət olması haqqında fikrinin gerçəkləşməsi istiqamətində son illər mühüm tədbirlər görüldüyünü qeyd edib, qarşılıqlı səfər və birgə fəaliyyəti yüksək qiymətləndirib. Səmimi qəbul üçün təşəkkürünü bildirən Türkiyə Respublikasının elm, sənaye və texnologiyalar naziri Fikri İşık Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən böyük təəssüratla ayrıldığını qeyd edib, bu səfərinturkiye nazir iki qardaş ölkə arasında strateji münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inandığını söyləyib. O, rəhbərlik etdiyi nümayəndə heyətinin bir çox dövlət adamları və nazirlərlə görüşlər keçirdiyini diqqətə çatdırıb, Sumqayıt şəhəri ilə tanışlıqdan məmnun qaldığını deyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyasının sürətlə gerçəkləşdiyini söyləyən nazir Türkiyə dövlətinin bu yolda daim Azərbaycanın yanında olduğunu qeyd etmişdir. Qonaq ARDNŞ-nin operatorluğu ilə həyata keçirilən TANAP layihəsinin regional inkişafa mühüm təsir göstərəcəyini vurğulayıb.

“SOCAR-Türkiyə Enerji” şirkətinin rəhbəri Kənan Yavuz ARDNŞ-nin qardaş ölkədə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Şirkətin hazırda Türkiyənin ən böyük xarici investoru olduğunu nəzərə çatdıraraq əmin olduğunu bildirib ki, TANAP, STAR Neft Emalı Zavodunun inşası və “Petkim“ neft-kimya holdinqinin yenidənqurma layihələri Türkiyənin beynəlxalq enerji industriyasında önəminin daha da artmasında mühüm rol oynayacaq. R.Abdullayev bu layihələrin uğurla irəliləməsində Azərbaycan və Türkiyənin dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayib Ərdoğanın gündəlik qayğı və dəstəyini ilə əhatə olunduqlarını nəzərə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın