Menu
Geri İrəli

Üç dayının yandırıldığı evdə dəhşət izləri – HADİSƏ YERİNDƏN

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Fevral 2014 • Baxış sayı: 757 dəfə • Şərh yoxdur
Share Button

lent.az ın əməkdaşı Sumqayıt şəhər Corat bağlarında baş vermiş dəhşətli hadisənin törədildiyi yerdə olub.

 Əməkdaşımıza bəlli olub ki, 23 yaşlı Əsgəralı Abbasov, dayıları ilə birgə Corat qəsəbəsi Bağlar massivində Maqsud adlı şəxsə məxsus villanın tikintisində çalışıblar. Onlar iş vaxtından sonra gecələri həmin həyətdə yerləşən köhnə tikili evdə gecələyirmişlər. Belə ki, hadisə baş verməzdən əvvəl S.Abbasov və dayıları çoxlu yeyib-içiblər. Bu zaman dayılar bacısı oğluna təhqiramiz zarafatlar ediblər. Bundan sonra evi tərk edən gənc oğlan, qapıya arxadan böyük qıfıl vurub və dəmir barmaqlıqları olan pəncərədən içəri od vurur.

 Hadisə vaxtı 3 dayının çığırtısını qonşular eşidib. Yanğınsöndürənlərə xəbər veriblər. İçki masası, stolun üstündəki araq butulkaları, yanmış yataq dəstləri, çarpayı və divandakı, həmçinin divardakı izlər hadisənin nə qədər dəhşətli olduğunu göstərir

 Qeyd edək ki, bu şəxslər əslən Xızı rayonundadır.

ev-yanqin

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın