Menu
Geri İrəli

Üç rayonun icra başçısı dəyişdirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Aprel 2014 • Baxış sayı: 369 dəfə • Şərh yoxdur

Ilham_Aliyev_040512Prezidentin fərmanı ilə Tərtər, Kürdəmir və Ağdam rayon icra hakimiyyətlərinin başçıları işdən azad olunublar.

 ”Axar.az” xəbər verir ki, Kürdəmir Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyevə vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Onun yerinə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov təyin olunub.
Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayon şöbəsinin rəisi Raqif Məmmədov Ağdam rayon icra başçısı təyin edilib.
Qeyd edək ki, mətbuatda Nizami Sadıqovun qumarda 50 min manat pul uduzması ilə bağlı məlumatlar yayılmışdı.
 1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olan Nizami Sadıqov, 1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb.   1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləmişdir.1992-2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində işləyib.   Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın