Menu
Geri İrəli

“Uşaq əməyinin istismarını görmək üçün Sumqayıtdakı maşın bazarlarına getmək kifayətdir”

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2013 • Baxış sayı: 513 dəfə • 1 şərh
Share Button
Cavid İmamoğlu: “Uşağın öz çəkisinə bərabər maşın detalını qaldırmasını görəndə anlayırsan ki, bu ölkədə uşaq əməyinin ən pis formalarından belə istifadə olunur”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva  uşaqların icbari əməyə cəlb olunması ilə bağlı açıqlama verərkən qeyd edib ki, ölkədə bununla bağlı ağır vəziyyət yoxdur. Lakin rəsmi qurumların və şəxslərin açıqlamalarında və statistikalarında sözü gedən problem aşağı səviyyədə göstərilsə də, rayon və şəhərlərdə icbari əməyə cəlb edilən kifayət qədər uşaq gözə dəyir. Problemə aydınlıq gətirmək üçün sosioloq Cavid İmamoğlu ilə əlaqə saxladıq. FaktXeber.com-a açıqlama verən sosioloq kifayət qədər diqqət çəkən və maraqlı fikirlər səsləndirdi. Müsahib qeyd etdi ki, uşaq əməyinin istismar olunmasını görmək istəyənlər çox da uzağa yox, Bakı və Sumqayıt

şəhərlərindəki maşın bazarlarına getmələri kifayətdir: “Uşağın öz çəkisinə bərabər maşın detalını qaldırmasını görəndə anlayırsan ki, bu ölkədə uşaq əməyinin ən pis formalarından belə istifadə olunur. Maraqlısı isə budur ki, cəmiyyət belə də olmalıdır kimi yanaşır. Yəni “uşağa belə əziyyət vermək olmaz” demək əvəzinə “kişidir, qoy öyrənsin” yanaşması qoyulur. Təəssüf verici məqam isə budur ki, hüquqları ailə və cəmiyyətdəki sahibkarlar tərəfindən pozulan uşaqların müdafiəsinə çıxacaq struktur və ya mexanizm yoxdur. Tutaq ki, mən uşaq əməyindən ən pis formada istifadə halı ilə rastlaşmışamsa, bu barədə kimə məlumat verəcəyimi bilmirəm. Ən yaxşı halda, məlumatı azyaşlılar üzrə polisə vermək olar ki, bu halda da polis müdaxiləsindən başqa bir şey olmur.”
Əməyin ən pis formasına məruz qalan uşağın ailəsi ilə heç bir reabilitasiya işinin aparılmadığını bildirən Cavid İmamoğlu, “nəticədə isə, səhəri gün həmən uşaq yenidən öz əvvəlki peşəsinin başında olur. Baxmayaraq ki, ölkəmiz 2004-cü ildən uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair beynəlxalq konvensiyanı ratifikasiya edib və ordakı maddələri həyata keçirmək öhdəliyi götürüb, üstündən uzun müddət keçməsinə baxmayaraq, uşaq əməyinin ən pis formasının istismarının qarşısını almaq hələ də mümkün olmayıb”, – deyə bildirdi.  Xəyal Şükür, faktxeber.az
Facebook Şərhləndirmə:
Share Button

““Uşaq əməyinin istismarını görmək üçün Sumqayıtdakı maşın bazarlarına getmək kifayətdir”” yazısına bir cavab

  1. Shafa Aliyev deyir:

    Aktual probleme toxundugunuza gore minnetdariq. Eger faktlar baresinde muracietler olsa, ciddi tedbir gorulmesi temin edilecekdir.
    Hormetle, Shafa Aliyev
    7 sayli region uzre Dovlet Emek Mufettishliyinin reisi

Şərhinizi yazın