Menu
Geri İrəli

“Vəhhabilər Sumqayıtda və Bakıda üsyana hazırlaşır”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2013 • Baxış sayı: 733 dəfə • 3 şərh

Prezident seçkilərinə təkcə siyasi deyil, həm də dini kəsim tədarük görür. Bu ilginc məlumatı ötürən anonim mənbə iddia edir ki, seçkilərə az qalmış, daha dəqiqi bu ilin sentyabr ayında paytaxt Bakıda və eləcə də Sumqayıt şəhərində özlərini «sələfi» adlandıran vəhhabi təriqətinin üzvləri böyük bir dalğa ilə meydanlara axışacaqlar.

imagesMənbənin yazdıqları: «Onlar guya ki, vəhhabilərin ibadət yerlərinin olmamasını bəhanə edəcəklər və «Əbu Bəkr» məscidinin fəaliyyətinin bərpa olunmasını tələb edəcəklər. Başlarında Şeyx Qamətin rəhbərlik etdiyi Əbu-Bəkr dini icması dayanan bu qrupun əsl niyyəti isə seçkiqabağı ərəfədə qarışıqlığın yaradılmasından ibarətdir».

Mənbə iddia edir ki, son günlər ayrı-ayrı xəbər portallarında Suriyada döüşən vəhhabilərin videolarının yayılması da məhz həmin dönəmə tədarükdür: «Onlar bu yolla təbliğat aparırlar. Məqsədləri özləri barəsində heç nədən qorxmayan, çəkinməyən imicini formalaşdırmaqdır. Həm də bu yolla cəmiyyətin inanclı kəsimini də qazanmağı düşünürlər».

Mənbənin sözlərinə görə, sentyabr ayının ilk günlərinə təsadüf edəcək aksiyaların ilk dalğası plana görə Sumqayıt şəhərindən gəlməlidir: «Sumqayıtdan yüzlərlə uzun saqqallı, qısa şalvarlı vəhhabi Bakıya yürüş edəcək, yolu kəsib, böyük ajiotaj yaradacaqlar. Sonra isə Bakıda onların müdafiəsi məqsədilə daha kütləvi aksiya keçiriləcək».

Onu da bildirək ki, mənbəmiz özü barədə də məlumat verib və iddia edir ki, o da zamanında vəhhabi təriqətinin üzvlərindən olub və sonradan geri çəkilib./dia.az/

Facebook Şərhləndirmə:

““Vəhhabilər Sumqayıtda və Bakıda üsyana hazırlaşır”” yazısına 3 cavab

  1. Emin deyir:

    Salam…O menbeye deyin ki,men ne Vehhabiyem Ne Selefi nedeki Ehli Beyt Ashiqi nedeki muselmanam tam olaraq Sunnet olub o oz yerinde,Saqqallilar dovletin ishine qarishmirlar bunu qulaginizdan sirga edin. O biriler ise arada chixib meydanlara soz atirlar hokumet eleyhine . Beledeki Kim qalxmaq isteyir ele ordaca tepesinden vurub yere 2 metr soxacaqlar gorek nece qalxacaqlar..

  2. Haci deyir:

    Mescidi de almaq istediler ne oldu! Allah hokumet orqanlarina quvvet versin olmasalar indi sumqayitda dasi dash ustunde qoymazdilar dinsizler ! islami butun dunya insanlarinin gozunden saliblar ! Onlarin xidmeti neticesinde musalman gorende terorcu kimi baxirlar !

  3. kenan deyir:

    men suriyaya nece gede bilerem

Şərhinizi yazın