Menu
Geri İrəli

Sumqayıt məmurlarının korrupsioner əməlləri araşdırılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2012 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

Korrupsiyaya qarşı Mübarizə Fondu Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlarla dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsi çərçivəsində Sumqayıt şəhərində “Qaynar Xətt” xidməti yaradıb.

Məqsəd vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin qəbulu və onlara hüquqi yardımın göstərilməsidir. Korrupsiya şikayətləri ilə müraciət edən vətəndaşların ərizələri baxılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və aidiyyatı dövlət orqanlarına operativ şəkildə göndəriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın