Menu
Geri İrəli

“YAP xalqın cibindən pulunu çıxarır”

Müəllif: Sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2015 • Baxış sayı: 255 dəfə • Şərh yoxdur

““YAP xalqın cibindən pulunu çıxarır”

“YAP siyasi hakimiyyəti ATƏT-i ölkədən qovaraq Avropa Şurasını, Avropa Parlamentini, AŞPA-nı tərəfli, baiskar və erməni maraqlarına xidmət edən elan etdi. Avropa Birliyinə inteqrasiyadan imtina etdi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri AXCP Etimad Qurultayının sədri Razi Nurullayev səsləndirib. Onun sözlərinə görə, ABŞ ölkədə rəngli inqilablar hazırlamqda günahlandırıldı: “Bütün bunlar, sonunda YAP-ın təkhakimiyyətlilik iddialarını daha da artırmış olmaqla bərabər, hazırkı ölüvay siyasi vəziyyəti də formalaşdırmış oldu. Sanki, ölkədə seçki yoxdur. Siyasi partıyalar sıradan çıxarılıb, bəziləri YAP-ın xalqın cibindən çıxardığı pullarla ələ alınıb, kimlərəsə də sakit dayanmaq üçün göstəriş verilib. ATƏT-in və digər demokratik təsisatların ölkədən qovulması, vətəndaş cəmiyyətinin məhvə məhkum edilməsi, onlarla vətəndaş cəmiyyəti rəhbərinin günahsız yerə həbsə atılması ölkə üçün acı fəlakətlər doğurub.

YAP deyir ki, demokratik cəmiyyət qurmuşuq, amma, əfsuslar olsun ki, o demokratik cəmiyyətin iştirakçıları özlərini siyasi qəfəsə salınmış hiss edirlər. Azərbaycanda demokratik açılıma ehtiyac var. Qorxu və təhdid altında idarəçilik sonunda daha böyük arzuolunmaz nəticələrə gətirə bilər. Görünən budur ki, iqtidar idarə olunan bir demokratiya yaratmaq arzusundadır. Amma, bu alınmır. Çünki, hər şey alınıb satıla bilməz.
İnsan qəlbinə, düşüncəsinə hökm edilsə də istənilən effekti yaratmaq gücündə deyil. Əfsuslar olsun ki, belə bir şəraitdə fəaliyyət göstərmək və yeni ideyalar və düşüncələri də cəmiyyətə yeritmək çətinləşir”.

Onun sözlərinə görə, Azərbaycan, əslində keçid mərhələsindədir: “Onun üçün də beynəlxalq demokratik təsisatların da ölkədə olması şərtdir. Nə qədər gec deyil, YAP qərarına yenidən baxmalı və ATƏT-in fəaliyyətini bərpa etməlidir. Cəmiyyətdə belə bir fikir var ki, müxalifətin proqramı yoxdur. Bu düzdür, amma dünyada qəbul edilmiş praktikalar var. Amerika kəşf etmək də lazım deyil. Əgər, Azərbaycanın siyasi hakimiyyəti Avropa Birliyi, ATƏT və Avropa Şurası ilə düzgün iş qursa və inteqrasiya etməkdə maraqlı olsa, o zaman ölkəni keçid vəziyyətindən çıxara və normal cəmiyyət aura bilərik.

Əslində, Azərbaycanın siyasi hakimiyyətinin legitimliyi azad və şəffaf seçkidən keçir. Azad və şəffaf seçki isə ATƏT-in, Avropa Birliyi və Avropa Şurasının tam nəzarəti ilə həyata keçirilməli və beynəlxalq aləm tərəfindən azad və şəffaf seçki kimi tanınmalıdır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın