Menu
Geri İrəli

Yeni təhsil naziri – tərcümeyi-hal

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2013 • Baxış sayı: 499 dəfə • 1 şərh

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.

Gün.Az xəbər verir ki, Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub.

M.Cabbarov Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakultəsini bitirib, daha sonra Sakramento universitetinin Makcorc Pasifik (Sakit okean) hüquq məktəbində hüquq magistri dərəcəsi və Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisad magistri dərəcəsinə yiyələnib.

Yeni nazir Nyu-Yorkda vəkillər kollegiyasının üzvüdür.

Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə hüquq sahəsində çalışıb.

2002-2003-cü illərdə İqtisadi İnkişaf nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.

2004-cü ilin fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 2009-cu ilin martın 6-dan isə İçəri Şəhər Qoruğunun direktoru kimi fəaliyyət göstərib.

Ailəlidir, iki uşağı var.

Mirvari Kamilqızı
Gün.Az

Facebook Şərhləndirmə:

“Yeni təhsil naziri – tərcümeyi-hal” yazısına bir cavab

  1. Mustafa Eraslan deyir:

    uxurlar….

Şərhinizi yazın