Menu
Geri İrəli

Zakir Fərəcov gənclərlə bir arada – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Noyabr 2016 • Baxış sayı: 1,170 dəfə • Şərh yoxdur

Sumqayıtda “Tələbələrin Xəmsə Kuboku” çempionatı keçirilib

 dsc_0135-1

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Heydər Əliyev Mərkəzində “22 Noyabr – şəhər günü”nə həsr edilmiş “Sumqayıt Tələbələrinin Xəmsə Kuboku” adlı bilik yarışması təşkil edilib.

Tədbir dövlət himnin səsləndirilməsi ilə başlanılıb.

Tədbirin açılış mərasimində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili və Mirzəcan Xəlilov iştirak edib.

Şəhər İcra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin tərkib hissəsi kimi gənclər siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi,  göstərilən diqqət və qayğının nəticəsi olaraq Sumqayıt şəhərinin ölkəmizdə Dövlət Gənclər siyasətinin uğurla həyata keçirildiyi yerlərdən birinə çevrilməsi barədə ətraflı çıxış edib.

Cari ilin sentyabr ayının 27-də Ölkə başçısının Sumqayıt şəhərinə növbəti səfəri zamanı açılan bir sıra sosial obyektlərdə, o cümlədən Heydər Əliyev Mərkəzində şəhər sakinlərinin, xüsusi ilə yeniyetmə və gənclərin səmərəli istifadəsi, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, intellektual səviyyələrinin artırılması, peşə yönümlü dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi üçün hər tərəfli şərait yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

Baş İdarənin nəzdində fəaliyyət göstərən Sumqayıt İntellektual Klubunun hakimlərinin idarəçiliyi ilə keçirilən “Xəmsə” yarışmasında şəhərin 1 ali və 3 orta ixtisas təhsil müəssisələrinin 10 komandası iştirak etmişdir. Ümumilikdə hər komandada 6 nəfər olmaqla 60 tələbə-gənc qalib adı uğrunda mübarizə aparmışdır.

Gərgin keçən bilik çempionatının yekun nəticəsinə əsasən I yerə Sumqayıt Dövlət Universitetinin eyni adlı komandası layiq görülmüşdür. II yeri Sumqayıt Dövlət Texniki Kollecin “Mübarizlər”, III yeri isə Sumqayıt Dövlət Universitetinin “Oblivion” adlı 2-ci komandası tutmuşdur.

Qalib komandalar şəhər Gənclər və İdman Baş İdarəsinin kubok, Fəxri Fərman, medal və xatirə hədiyyələri ilə təltif edilmiş, fasilə zamanı isə çay süfrəsi təşkil olunub.

dsc_0140-1
dsc_0138-1 dsc_0139-1
dsc_0357-1 dsc_0358-1 dsc_0395-1 dsc_0400-1

dsc_0445-1

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın