Ankarada tarixi hadisə yaşanır – CHP 42 ildən sonra ilk dəfə…

995

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkilərindən sonra bülletenlərin sayımı davam edir.

“Qafqazinfo” xəbər verir ki, paytaxt Ankarada son illərin ən güclü rəqabəti gedir.

Bu dəqiqəyə olan məlumata görə, sandıqların 81,35 faizi açılıb.

Hazırda Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Mənsur Yavaş 50,08 faiz səslə öndədir.

Onun ən güclü rəqibi, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Mehmet Özhaseki isə 47,59 faiz səslə ikincidir.

Qeyd edək ki, CHP-nin namizədi sonuncu dəfə 1977-ci ildə bələdiyyə seçkilərinin qalibi olub.

***

Artıq sandıqların 92,36 faizi açılıb. Mənsur Yavaş hələlik liderliyini daha da möhkəmləndirib. O, bu dəqiqəyə olan göstəriciyə əsasən 50,62 faizlə qələbəyə yaxındır.

Mehmet Özhasekinin səsi isə daha öncə açıqlanan rəqəmə nisbətən 47,20 faiz geriləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər