Menu
Geri İrəli

BİZ…

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2012 • Baxış sayı: 554 dəfə • 3 şərh

Biz anadan oluruq.
Biz anlamadığımız və istəmədiyimiz halda məktəbə gedirik.
Biz qalstuklardan asılı qalırıq.
biz istəmədiyimiz işlərdəyik!
İstəmədiyimiz kimi böyüyür və ölürük.
5-6 cümləlik həyatlarıq.
Və bu halda, BİZ heçvaxt xoşbəxt ola bilməyəcəyik..

İlk insan – ən rahatı, ən azadı..

Onların şərti, məqsədi, səbəbi, sözləri, səsləri, arzusu, hədəfi,
daha yaxşısı – anlayışı, brendi, markası, facebook-u heç, msni, televiziyası, serialı, məktəbi, universiteti, dünəni və bügünü, axşamı və səhəri, manatı, dolları, dini, alahı, o biri dünyası – asılı olacaqları heç nələri yox idi.
Yada ki, istəməyə bir şeyləri yox idi.
Bu, onların bizdən daha yaxşı olduqları həqiqətini dəyişmir.

Biz isə istəmək hissi ilə tanışıq. Və istəyirik!
İstədiklərimizin başında, ortasında, ayağında isə, pul dayanır.
Deməli:
istəyiriksə – pul qazanmalıyıq;
pul qazandıqda – vaxtımız qalmır;
vaxtımız qalmırsa – …
Mükəmməl sistem!
İndi biz, pulu icad eliyənləri söyək, yoxsa günün 24 saat olduğunu tapanları?
Nəticədə bir az ürəyimiz sıxılacaq, başqa heçnə.

Daha yaxşısı həmişə var!

Və biz istəməyə davam etdikcə, azırıq.
Bizimçün daha yaxşısı həmişə var.
Biz belə proqramlaşdırımışıq, ya belə görmüşük, ya belə öyrənmişik.
Biz beləyik! Yəni.
Həyatımızı axırına qədər istəyirik.
Hətta, “bu ölüm ona yaraşmadı” kimi cümlə var.
DAHA YAXŞI ölə bilərdik!

Yenilik istəyirik!

Qəribəyik..
Biz televiziyaya böyük kəşf deyib, sonra televiziya bizi pozdu deyə söyənlərik.
Təbii ki yenədə baxmağa davam edirik.
Biz sosial şəbəkələrdən istifadə edərək, sosial şəbəkələrə qarşı sosial mesaj göndərənlərik.
Əslində bizim statuslamız, şeirlərimiz dünyanı qutaracaq tipdəndi, millət anlamır.
Biz əəəəən dibdəyik.

SON!

Hərşeyin səbəbkarı bizik.
Amma yox.
Günahkarlar bizdən əvəlkilərdir: ya pulu kəşf edənlər, ya dinləri gətirənlər, ya o dinə inanmayanlar, ya allahlar, ya inernet, ya televiziya, ya ..
Bizdən əvvəlkilər olduqca, biz günahkar deyilik. Yəni bu sistem insanlarçün deyil bəlkədə,
amma biz məhz elə bu sistem üçünük.

Facebook Şərhləndirmə:

“BİZ…” yazısına 3 cavab

  1. hemen adam deyir:

    he…. bele bele ishler

  2. tural deyir:

    bizzzzzz…bu harasidiki biz saqlamliqimizi verib pul qazaniriq sora pul verib saglamligimizi aliriq biz,hemise coxyawamaq isterik ama olende hec yawamamiwiq kimi olerik uwaqlarimizi istediyi senete yox mehz qonwunun oglu mellim yanina geddib univere girdiyine gore mellim yanina qoyariq gozdemerik maraqlanmariq nece oxuyur sadece mellim yanina getsin qonwular desin hazirlawir qonwu niye mawin alib bizde yoxdu nisye alinan cehizler fehle balalarinin xod geden restaranlarda borc faiz wotuna kecirdikleri toylar qizlarin gunde bir oglanla taniw olmalari sabahsi gun sevgilim balam omrum demeleri,oglanlarin 5 iynen birden gezmeleri dunen efire fanaqramnan cixanlar bu gun menim senetim var demeleri,qul daw bazarlarinda 50 yawinda kiwilerein fehle durub iw gozlemeyi 50 manatdiq iwi 6 manata goren kitaylarin bazari oldurmeyi.evrovijn kecirilen bakinin kucelerinin ilk yagisdan sora iflic olmaqi evrovijn yaxwiki qisa dusmuyub deye ic dunyasinda gulen abutalibovlar metro niye ucuzdu deye 4 defe qaldiran tagiyevler inkir minkire agdan qaradan danismaga geden murtuzlar, senin 50 yasin da olsa uwaqimsan deyen valideynler mellimiynen taniwliqa can atan sagirdler dersden qacmaqimiza goz yuman mellimler b terbiye diplomuynan mekteb direktoru iwleyen mellimler.qiwqirmaq doymeknen mekteb duzetmeye caliwan rehmetlik direktorlar.biz buyuq bunnan artiqi bir lutfizadedi o da dunya ucun kompyuter kewfi edib getdiyine gore yox oz dunyasi ucun amerikani kewf edib getdiyi ucunnn…

  3. Faiq deyir:

    Məzmunlu və dərin yazıdır.Bu ruhda davam etsəniz daxili diskomfort daha da artacaq .Uğurlar !

Şərhinizi yazın