Menu
Geri İrəli

Çörək və şou

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2010 • Baxış sayı: 512 dəfə • 2 şərh
Share Button

Hal-hazırda  cəmiyyəti cahillikdə saxlamaq texnologiyaları mahiyyət etibarı ilə dəyişməsə də, zahirən çox dəyişib. Məsələn, Qədim Roma imperiyasında, ələlxüsus imperator Neronun hakimiyyəti dövründə (54-68-ci illər) vətəndaşları, camaatı dövləti məsələlərdən uzaqlaşdırmaq, onlarda ictimai-siyasi proseslərə laqeydlik yaratmaq üçün böyük həvəslə qanlı qladiator döyüşləri təşkil olunurdu. Ancaq müasir dövrdə oxşar hökumətlər istədikləri özbaşnalıqları rahatca, maneəsiz həyata keçirmək üçün xalqda kütləvi maraq doğuran qladiator döyüşlərini – canlı realiti-şouların təkmilləşdirilmiş müasir variantlarla əvəzləyirlər. Daha dəqiq desək, qeyri-demokratik ölkələrə xas əsas prinsiplərdən biri olan «Çörək (pensiya) və əyləncə» ideyasının əyləncə hissəsinin bizdə yerli telekanallar, mahnı müsabiqələri, lotoreyalar, futbol, seçkilər, tatalizatorlar, seriallar, partiyalar, demokratiya-demokratiya oyunu və sair şoularla əvəzləyiblər. Qeyd edim ki, çap (qəzet) və internet mətbuatının böyük hissəsi, o cümlədən populyar, çoxtirajlı müxalifət mətbuatı da o məqsədin tərkib hissələrindən birini təşkil edir. Bir çoxları səhvən elə başa düşür ki, bu gün şouların kökündə SMS qismində və ya birbaşa pul şəklində gəlir götürmək istəyi durur. Ancaq dərindən analiz etdikdə məlum olur ki, bu başqatmaları təşkil edənlərin əsas qazancı elə, camaatın rəzil, zəlil, kütbeyin kökdə saxlanılmasıdır. Bu baxımdan maraqlıdır ki, bizim çoxtirajlı müxalifət qəzetləri, bir çox rəsmi qəzetlər kimi satılmasa belə, bu, onların nəşrinə, maddi halına ciddi mənfi təsir etməz. Çünki onların əsas gəlir yeri heç də qəzetlərinin satışı deyil, başqa mənbələrdir.

Onların əsas məqsədi yalançı müxalifətçilik edib, xalqı qeyri-müəyyənlikdə saxlamaqda yardımçı olmaq üçün yayımlanmaqdır və bu məqsəd üçün onlar qəzetlərini pulsuz belə paylamağa hazırdırlar. Ona görə də həqiqəti müxalifət qəzetlərində, telekanallarımızda yox, müstəqil olaraq axtarın və müstəqil ancaq kollektiv olaraq başınıza çarə qılın.

 İmran Kərimov

P.S. «Qamçı və kökə», «Çörək və şou» – aktual olan əsas müzakirə mövzusu, bax bunlardır.

Facebook Şərhləndirmə:
Share Button

“Çörək və şou” yazısına 2 cavab

  1. vuqar deyir:

    Telekanallarla elaqedqr fikirlerinizle raziyam,lakin muxalifet qezetlerinin hamisi ele deyil…Baxmayaraq ki, Azerbaycanda qrantlar hesabina dolanan qezetler ve jurnalistler choxdu,amma axirinci chorek pullarini cemiyyet ugrunda paylayanlar da az deyil…

  2. imran deyir:

    Raziyam,var,ancaq onları eşiden cox az olduqundan onlar yox kimi bir şeydir.

Şərhinizi yazın