Menu
Geri İrəli

DÖVLƏT İNNOVASİYA SIYASƏTİ VƏ ÖZƏL SEKTOR ŞİRKƏTLƏRİ

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyul 2017 • Baxış sayı: 1,477 dəfə • Şərh yoxdur

 Kənan Aslanlı, xüsusi olaraq sumqayitxeber.com üçün

12573127_10153381159937883_4486126623733742532_nDövlətin investisiya siyasətinin məqsədi, hədəfləri və təşviq alətləri (vergi güzəştləri, kredit dəstəyi, infrastrukturun yenilənməsi və s.) özəl şirkətləri öz innovasiya xərclərini artırmağa sövq etməlidir. Tədqiqatlar göstərir ki, öz “R&D” büdcələrinin 25%-dən daha çoxunu müxtəlif təyinatlı proqram təminatına ayıran şirkətlərin gəlirləri rəqiblərinə nisbətən daha yüksək templə artır. Dünyanın ən çox R&D xərcləmələri olan 1000 iri korporasiyanın innovsiya (R&D) xərcləmələri 2016-cı ildə 0.04% artaraq 680 milyard dollara çatıb. 2018-ci ildə R&D xərclərinin həcminə görə səhiyyə sektorunun kompyuter və elektronika sektorunu qabaqlayaraq ən böyük ümumi sektor halına gəlməsi gözlənilir. 2016-cı ildə ən çox innovasiya (R&D) xərcləri olan 20 beynəlxalq şirkətin sıralamasına və fərqli meyarlar üzrə bölgüsünə nəzər salaq. Bu şirkətlər əsasən ABŞ, Almaniya, İsveçrə, Britaniya, Yaponiya və Cənubi Koreya şirkətləridir, və onlar əsasən kompyuter və elektronika, proqram təminatı və internet, avtomobil və səhiyyə sektorlarında fəaliyyət göstərirlər. Onların illik R&D xərcləri 6-13 milyard dollar intervalında dəyişir.

 2016-cı ildə ən çox innovasiya (R&D) xərcləri olan şirkətlər

2016-cı il sıralaması

Şirkət

Ölkə

Sənaye

İnnovsiya (R&D) xərcləri (mlrd.$)

1

 Volkswagen

13.2

Almaniya                     Almaniya

Avtomobil

13.2

2

Samsung

Cənubi Koreya

Kompyuter və elektronika

12.7

3

Amazon

ABŞ

Proqram təminatı və internet

12.5

4

Alphabet

ABŞ

Proqram təminatı və internet

12.3

5

Intel Co

ABŞ

Kompyuter və elektronika

12.1

6

Microsoft

ABŞ

Proqram təminatı və internet

12

7

Roche

İsevçrə

Səhiyyə

10

8

Novartis

İsveçrə

Səhiyyə

9.5

9

Johnson & Johnson

ABŞ

Səhiyyə

9

10

Toyota

Japoniya

Avtomobil

8.8

11

Apple

ABŞ

Kompyuter və elektronika

8.1

12

Pfizer

ABŞ

Səhiyyə

7.7

13

General Motors

ABŞ

Avtomobil

7.5

14

Merck

ABŞ

Səhiyyə

6.7

15

Ford

ABŞ

Avtomobil

6.7

16

Daimler

Almaniya

Avtomobil

6.6

17

Cisco

ABŞ

Kompyuter və elektronika

6.2

18

AstraZeneca

Britaniya

Səhiyyə

6

19

Bristol-Myers Squibb

ABŞ

Səhiyyə

5.9

20

Oracle

ABŞ

Proqram təminatı və internet

5.8

Mənbə: http://www.strategyand.pwc.com/innovation1000

Dövlət innovasiya siyasətində “dövlət-özəl sektor əməkdaşlığı”nı (“public-private partnership – PPP”) təşviq etməlidir. Bu zaman texniki və bilik dəstəyi ilə çalışılmalıdır ki, yeni şirkətlərdə innovasiya strategiyası daimi qiymətləndirmədən keçən ümumi biznes inkişaf planının tərkib hissəsi olsun. İnnovasiya strategiyası bazarın tələblərinə və istehlakçıların gözləntilərinə uyğun qurulmalıdır.Korporasiyalar dövlətin də dəstəyi ilə innovasiya ehtiyacları və brendinq məqsədləri istiqamətində cari və potensial təchizatçılar, distribyutor, təhsil müəssisələri və xidmət təminatçıları ilə əməkdaşlıq etməlidir. Təşkilatlar öz innovasiya gündəliyini həyata keçirmək üçün öz maliyyə fondlarını düzgün idarə etməlidirlər. Müvafiq ölçmələr və risklərin idarə olunması tədbirləri davamlı olaraq sərmayə portfelini optimallaşdırmalı və müxtəlif həyat tsiklində olan (“life cycle”) investisiya imkanları yenidən nəzərdən keçirilməlidir. Dövlətin innovasiya siyasətində o da nəzərə alınmalıdır ki, fərdlərin, qrupların və ya şirkətlərin innovativ həll formalaşdırmaq cəhdlərində uğursuzluq ehtimalı və riski çox yüksəkdir. İnnovasiya talantı təşkilatların və ya şirkətlərin performans qiymətləndirmələrində və insan resursları siyasətində də önəmli meyar olmalıdır. Qərar qəbul etmə sistemləri həm dövlət, həm də özəl sektorda innovasiya imkanlarına çevik reaksiya verə biləcək şəkildə dizayn edilməlidir. İnnovasiya siyasəti hər kəsi əhatə edən inkluziv bir prosesin nəticəsi olmalı və innovativ davranış bir dəyər kimi təşviq edilməlidir.

Bir və ya bir neçə yeni məhsullar təqdim edən firmalar qeyri-yenilikçi firmalarla müqayisədə biznes mühitinin keyfiyyətinə daha həssas yanaşırlar. İnnovsiyaların hərəkətverici gücünə baxanda görürük ki, firmalar əsas iqtisadi institutların bərqərar olduğu ölkələrdə daha çox innovativ olurlar. Maliyyə resurslarına asan çıxışın olması və İKT infrastrukturu da firmalara innovasiya fəaliyyətində yardımçı olur. İnnovativ “start-up”lar keçid ölkələrində daha azdırlar. İsrail kimi ölkələrin əksinə olaraq, bizim regionun ölkələrində gənclər və kiçik firmalar iri firmalara nisbətən qlobal texnoloji yeniliklərə və innovasiyalara daha az maraq göstərirlər. Daha yaradıcı gənclər və innovasiya firmaları isə daha əlverişli “start-up” mühitinin olduğu ABŞ kimi ölkələrə “innovasiya axını” (innovation drain) edirlər. Azərbaycan kimi keçid ölkələrində innovativ “start-up”ların sayının az olması bu ölkələrin yaxın gələcəkdə də texnoloji yeniliklərin yaradıldığı cəbhənin önündə olmasının çətinliyindən xəbər verir. İnnovativ “start-up”ların az yaranmasına səbəb olan bəzi səbəblər var:

(i)                 xüsusiləşmiş maliyyələşmə mexanizmlərinin (risklərə tolerant “mələk sərmayədarlar”, vençur və “ilkin (seed) kapitallaşma”) olmaması;

(ii)               işçi qüvvəsinin bilik və vərdiş əksikliyi;

(iii)             bazara yeni firmanın daxil olmasını əngəlləyən rəqabət mühiti problemi;

(iv)             əqli mülkiyyət hüquqlarının zəif qorunması;

(v)               şirkətlərin top menecmentindəki insanların texnoloji proqresə məsafəli dayanması.

Eyni zamanda, firmaların ölçüsü ilə onların innovasiya (tədqiqat və işləmə) fəaliyyətinə aktiv qoşulması arasında da birbaşa əlaqə var. Belə ki, daha böyük firmalar böyük xərc tələb edən tədqiqat və işləmə layihələrini maliyyələşdirə bilirlər.

Dövlət innovasiya siyasəti və özəl sektor şirkətləri

Facebook Şərhləndirmə:

Şərhinizi yazın