Menu
Geri İrəli

FİKİR TÖKÜMÜ

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2009 • Baxış sayı: 532 dəfə • 7 şərh

36f96a3642dbMən “2 dəqiqəyə” sübut edərəm ki, bizim cəmiyyət zay cəmiyyətdir. Diqqət edin, əlbət siz də müşahidə etmiziniz ki, bizdə haqdan-halaldan dəm vurmaq çox populyar bir şeydir. Ancaq, siz  məsələn heç rast gəlmiziniz ki,  kimsə bir kasib ailə, onun başçıları-valideyinlər, qızlarının varlı bir oğlana , (bu hal əksinədə ola bilər) kişiyə ərə getməsinə razı olmamasını onun ilə əsaslandırsın ki,oğlan tərəfinin ailəsinə haram pul gəlir,  rüşvət ilə dolanırlar. Və ya  çox nadir hallarda  bizdə hansısa usta hansısa  məmurun, polis rəisinin, nazirin , direktorun  maaşi ilə yox, haram yollarla pul  qazandiğina görə  onun üçün böyük miqdarda pul müqabilində belə iş görməsin, onlarin evini, bağını, dükanını təmir etməsin, tikməsin. Əksinə, bizdə insanlar öz qızlarının belə imkanlı adamlara, vəzifə sahiblərinə, onlarin övladlarına ərə getməsinə çox sevinir. Hətta  bununla fəxr edirlər. Belə olan halda  bizim, rastlaşdiğimiz haqsızlıqdan, korrupsiyadan şikayət etməyə mənəvi haqqımiz yoxdur.

***

Ədalətli  qanunlar  prezident  qarışıq,  vətəndaşin  cibində yox, qəlibində  gəzdirilməlidir.

***

Bizdə  “Baliq başdan iylənir“ fikri çox populyardir. Bu deyim  çox orjinal  səslənsə  də  əslində  riyazi cəhətdən  məntiqsiz bir fikirdir. Çünki, başdan iylənmiş  balığın elə  qalan hisəsi  də  yemək üçün yarasiz olduğundan , onu, həmin başi kəsib atsan belə bununla iş düzəlmir. İylənmiş baliq ilə bağli  deyim  məcazi  mənada  deyilsə belə,  bu anlamda  da  məntiqə  dözmür. Bizə  təzə cəmiyyət – “təzə baliq ”  lazimdir  və elə  etmək, çalişmaq lazimdir ki, o daima suda-hüquqi  mühitdə olsun.                                                                                                                                                                                               ***

Birdəfəlik başa  düşmək lazımdır ki, əgər Almaniyada adı pensiyaçı 1200 avro pul alırsa,  bu təkcə Almaniyanın bizdən iqtisadi cəhətdən üstün  varlı olmasından irəli gəlmir.  Əsas həll edici məqam fərq odur ki,  biz ilk növbədə əksəriyyət etibari ilə  almanlardan  şüur cəhətdən kasıbıq və bu sarıdan qətiyyən  varlanmaq istəmirik . Əvəzində isə digər yol  ilə ,  daha çox  qonşunun , qohumun,  tanişin  pisliyin, əclafligin, rüşvətin, bəxtin hesabina varlanmaq istəyirik. Ancaq iş orasindadir ki, düşüncə cəhətdən varli olmayanacan, hətta neftimiz çox olsa belə  çətin ki,  vətəndaşlarinin  maddi rifahi  yaxşi olan ölkəyə çevrilək. Bizdə olan neft amili müəyyən mənada mənə narkotik maddə aludəçisi olan narkomani xatirladir; onun pulu gəliri nə qədər çox olsa belə həm sağlamlığı, həm də maddi vəziyyəti tez bir zamanda acı aqibətlə üzləşir.

YAZARIN ÖNCƏKİ YAZILARI

Bеthоvеn, Mаnаf Аğаyеv, Qаrаbаğ üçün 500 mаnаt, Zаmin Hаcıyа məktub və…

АFFА Zirəddin Rzаyеvlə nеcə əməkdаşlıq еdə bilər?

“Fantastik ədalət”

«Аrzu Trаmvаyı» və yа bir dəfə Sumqаyıtdа

Tеrri Dеvis və Əhmədli

Maykl Cеksоn və qaz pulu

YAZARIN ÖNCƏKİ YAZILARI
“Fantastik ədalət”
«Аrzu Trаmvаyı» və yа bir dəfə Sumqаyıtdа
Tеrri Dеvis və Əhmədli
Maykl Cеksоn və qaz pulu
Facebook Şərhləndirmə:

“FİKİR TÖKÜMÜ” yazısına 7 cavab

  1. aynure-74 deyir:

    Imran bəy, yaziniz yaxşidir ancaq, axirinci cümlənin necə qurtarmasi maraqli qaldi.Baliqa gəldikdə isə, bizdə iylənmiş baliq atilmasin deyə,tez duza qoyurlar. Ola bilsin əhalimizi də duza qoyublar.

  2. Vefa deyir:

    Imran müıllim hımişəki kimi gözəl fikirlərinizlə bizi tanış etdiyiniz üçün təşəkkür! SÜKANI BELƏ SAXLAYIN!

  3. Taleh deyir:

    Imran men bele basa dusdum ki,bizde senin dediyin kimi bizde yazilmislardansa yazilmamis qanunlar daha coxdur.Ele belkede buna gore adamlar ozlerini yungul(rahat)hiss etsinler deye qanunlarin agirligini dasiya bilmeyeceklerinin qorxusundan bu yukun altina girmirler.O ki,qaldi Almaniya ile Azerbaycan pensiyacilarinin ferqine mence bunlari muqaise etmesek daha dogru olar cunki,inkisaf etmis olkelerin coxsunda icinde Almaniyada olmaqla qocalara pensiyani ona gore verir ki,ozlerinin rahatligini temin etsin.Bizde ise onlardan ferqli olaraq pensiyani gozden perde asmaq ucun verirler.Qocalar ise aldiqlarindanda artiq her ay komunal sahelere verirler.

  4. Taleh deyir:

    Hər bir düşüncəli adam bunu dərk edir ki,bizdə ədalətli qanunlar çoxdur.Ədalətli qanunlar çox olduğu halda onlardan da daha çox ədalətsiz insanlarimiz (məmurlarimiz) var.Elə buna görə də bu tip insanlar özlərinin “rahatlığını” siğortalamaq üçün qanunların ağırlığını hiss edib bu qanunları qəlblərində daşımaqdan qorxurlar.Pensiya məsələsinə qaldıqda isə məncə Almaniya ilə Azərbaycanı müqaisə etməsək daha yaxşı olardı,çünki Almaniyada və bir çox inkişaf etmiş ölkələrdə qocalara pensiyanı rahat yaşamaq üçün verirlər amma bizdə isə pensiyanı gözdən pərdə asmaq üçün.Qocalar aldiqlari pensiyadan daha çox kommunal xidmətlərin pulunu verirlər.

  5. namiq deyir:

    İmran bəy salam.Çox gözəl yazırsınız.

  6. tahir. deyir:

    düşünürəm ki,ədalət dünyanın bütün ölkələrində pozulur.
    ümümiyyətlə isə ədalət sözü nisbidir.kimisi ücün ədalətli bir qərar digəri ücün cox ədalətsiz görünə bilər.qanunlardakı qeyri -müəyyənliklər və istisnalar isə buna şərait yaradır.qanunlara əməl etmık ücün cımiyyətin mənəvi keyfiyyəti cox yüksək olmalıdir.mənəvi dəyərlərə yiyələnmək ücün isə düzgün tərbiyə üculu lazımdir.hər bir cəmiyyət özünə uyğun tərbiyə üculunu seçir.

Şərhinizi yazın