Menu
Geri İrəli

Gənc qadının görüntülərini yayan sahibkar…

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2014 • Baxış sayı: 2,434 dəfə • 3 şərh

eyvaz-qojayevBir neçə gün bundan öncə Sumqayıt şəhərində yerləşən “Koala” uşaq mağazasında oğurluq hadisəsi baş verib. Mağazaya ciddi ziyan dəyməsə də sahibkar həmin şəxsi tutmaq əvəzinə, onu biabır eləmək üçün oğurluq anının çəkildiyi görüntüləri xəbər portallarına göndərib.
Sahibkar açıqlamasında bildirib ki, mağazadan oğurluq edən qadını tanıyır. Onu da qeyd edib ki, malın dəyəri çox olmadığından qadına xəbərdarlıq edərək sərbəst buraxıblar.
Oğurluq edən ana mağazaya qucağında uşaqla girərək maya dəyəri 40-50 manat arası olan malı götürüb. Oğurluq kameralara düşdükdən sonra qadını tutmaq əvəzinə sahibkar onu rüsvay etmək üçün görüntüləri yaymaq fikrinə düşüb.

Sumqayitxeber.com olaraq bu xəbəri və video görüntünü paylaşmadıq. Çünki sonuçda söhbət gənc anadan gedirdi. Qucağında körpəsi olan gənc anadan!
Sahibkar açıqlamasında bildirib ki, mağazadan oğurluq edən qadını tanıyır. Əgər qadını tanıyırsansa və o bu əməli edibsə, olmazmı ki, başqa yollarla bunu həll edəsiniz? Gənc qadını rüsvay etməklə nə qazanacaqsınız? Əgər o qadın bu video görüntünün yayılmasından sonra özünə qəsd etsə, buna cavab verəcəksinizmi? 40-50 manatlıq bir əşya üçün, nəzərə alsaq ki, uşağı üçün götürüb, bir qadını rüsvay etmək qərarına gəlmək sizə o qədərmi baş ucalığı gətirəcək?

Əgər oğurluq edən şəxs başqa bir insan olsaydı mən bu mövzuya toxunmazdım. Ancaq söhbət gənc anadan gedir. Heç kim istəməz ki, oğurluq etsin! Olmazdımı o qadını saxlayıb dərdini soruşardınız, mağazanızda iş təklifi edərdiniz, dərdinə şərik çıxardınız və bununla da onu bu yoldan çəkindirərdiniz…

Ancaq siz bir gənc ananı rüsvay etməyi tərcih etdiniz. Bilmirəm o mağazaın rəhbəri qadındır, yoxsa kişi. Əgər qadındırsa bir ayıb, kişidirsə iki ayıb!

Oğurluq halını alqışlamıram, ancaq qucağında körpə uşaq olan bir ana müzakirə mövzusudursa burada insan duyğularından kənar davrana bilmir!

Görəsən  ”Koala” uşaq mağazasının rəhbəri vergiləri vaxtında ödəyirmi, işçiləri ilə müqavilə imzalayıbmı, işçilərini sosial müdafiədə qeydiyyata alıbmı? Vergidən yayınmaqla dövlətdən oğurluq etmirsinizmi?

Siz çoxmu düzgün işləyirsiniz? Satdığınız məhsulların üzərinə qat-qat artıq pul qoyaraq alıcıları aldatmırsınızmı? İşçilərinizi, gənc xanımları 8 saatdan artıq işlədib istismar etmirsinizmi?

Hər halda bu hadisə bir çox insanlarda sizə qarşı mənfi bir fikir formalaşdırdı. Hər hansı bir addım atmadan öncə, düşünün!
Əslində o ananı bu vəziyyətə gətirən bizlərik! Cəmiyyətdir! Dövlətdir! Siz sahibkarlarsınız! Siz bununla O gənc ananı yox, özünüzü, öz mağazanızı, Sumqayıtımızı, cəmiyyətimizi, dövlətimizi rüsvay etdiniz!

Eyvaz Qocayev

Facebook Şərhləndirmə:

“Gənc qadının görüntülərini yayan sahibkar…” yazısına 3 cavab

  1. Emin Aliyev deyir:

    Helede gec deyil gelecek cemiyyetimizi duzgun semte yoneltmek bizlerden aslidir . Here ozunde bir addim atsa musbete dogru neyse etmish olacagiq.

  2. Shafa Aliyev deyir:

    Cesaretli ve yerinde gosterdiyiniz vetendashliq movqeyinize gore Size minnetdaram!!!

  3. Rəhman Orxan deyir:

    Eyvaz bəy, hadisəyə Sizin münasibətiniz düzgündür, humanistlikdən irəli gəlir. Əks mövqedən çıxış edənlər çox ehtimal ki, həmin “Koala” uşaq mağazasının müdirinin yaxın dostları, vəkilləridir. Guya dövlətin mənafeyindən çıxış edirlər. Ancaq onların əslində və həmişə belə bir mövqedə olmaları inandırıcı deyil. Mağaza müdirinə gəldikdə isə, o, tanıdığı (!) gənc qadını sadəcə məzəmmət edərək buraxıbsa, buna görə polis çağırmayıbsa, əlbbəttə ki, çox düzgün, humanistcəsinə hərəkərt edib və bunu qiymətləndirməmək olmaz. Buna görə çox sağ olsun. Bu xəbəri saytlara göndərməkdə isə (ad çəkməyibsə), yəqin ki məqsədi digərlərini belə hərəkətlərdən çəkindirmək olub. Əgər ad çəkilməyibsə, bunu normal qəbul etmək olar. Bu məsələni geniş, müxtəlif aspektlərdən müzakirə etmək də olar, ancaq vaxtım məhduddur. Bircə şey aydındır ki, ehtiyac üzündən belə bir hərəkətə yol vermiş o gənc qadın bir daha belə şey etməz, mağaza müdiri isə yəqin ki müvafiq nəticə çıxaracaq. Ancaq bütün hallarda ona bəraət qazandırmaq olar… Bircə mağazanın geniş kütlə üçün heç də aydın olmayan xarici adından başqa! Məgər bizdə adlar tükənibmi?

Şərhinizi yazın