Menu
Geri İrəli

Gender bərabərliyi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Mart 2010 • Baxış sayı: 996 dəfə • Şərh yoxdur
Share Button

905fa0582c34Gənc bir qadın Mark Tvendən soruşur:

-Sizə elə gəlmirmi ki, ən yaxşı hakim qadınlar ola bilər?

-Təkcə hakim yox,-deyə Mark Tven etiraz edir,-həm də ən yaxşı cəllad!

Gender bərabərliyi qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti deməkdir.

Nuranə ABBASOVA

Bu bərabərliyin birinci şərti “Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu”nda tam ödənilir. Qanun bu bərabərliyə təminat verir. Belə qanunlar dünyanın bütün ölkələrində qəbul olunsa da, hər zaman qadınlar kişilərə, kişilər də, təbii ki, qadınlara münasibətdə “müdafiə edilən” və “müdafiə olunmaq istəyən” mövqedən yanaşırlar. Bunun səbəbi isə gender bərabərliyinin ikinci şərtinin, yəni bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanların pozulmasıdır. Buradan başlayaraq, qadın-kişi münasibətləri cəmiyyət müstəvisinə keçir. Bu zaman isə qadın müttəhim kürsüsünə əyləşir. Hakim və cəllad da elə qadındır.

Gender bərabərliyi cəmiyyətdə daha çox qadınların hüquqlarının müdafiəsi və qorunması kimi başa düşülür. Marşurutlarda qadınlara yol verilməsi, qadına xüsusi hörmətin tələb edilməsi, “o qadındır” ifadəsi qadın hüququ kimi dərk edilir. Əslində isə bu deyilənlər hüquq anlayışına deyil, normal davranış qaydalarına aiddir. Burada ümumi keyfiyyətlərdən daha çox, fərdi və şəxsi keyfiyyətlər üstün tutulur. Etika, mədəniyyət, tərbiyə və s. kimi istənilən qədər anlayışları bura aid etmək olar.

Ailədə isə bu bərabərlik həm qadınlar, həm də kişilər tərəfindən pozulur. Qadın və kişi vəzifə bölgüsü aparır: Qadın ev işləri ilə məşğul olmalı, uşaqları tərbiyə etməli, kişi isə evə pul gətirməlidir. Matriarxal və patriarxal dövrün qalıqları bu gün də əksər ailələrdə hökm sürür. Bu zaman isə kişi bu bərabərliyi pozur, daha doğrusu, qadın tərəfindən pozulmasına şərait yaradır.Kişilər hər nə qədər “evin ağası mənəm” iddia etsələr də, qadın ailədə hakimliyini edir və öz siyasətini gələcəyin kişi və qadınına ötürür. Güclü siyasətçi isə yenə qadın olur. O həm də “cəllad” ola bilər. Kişi isə ailədə övladı üzərində hakimlik hüququnu yarıbayarı itirir. Xüsusən də boşanma halları baş verərsə.

Bəzən qadınların ailə qurduqdan sonra təhsilini yarımçıq qoyması və yaxud karyerasını dağıtması qadın hüquqlarının pozulması kimi qiymətləndirilir və yenə də günahkar kişilər olur. Əslində isə qanunla hər bir qadın və kişi ailə qurmazdan əvvəl nigah müqaviləsi bağlamalıdır. Bu müqavilədə tərəflərin irəli sürdüyü şərtlər normal hüquqi dövlətlərdə ailə həyatı boyu qorunur və bu şərtlərə əməl olunur. Təbii ki, qadın və kişi hüquqlarını bilirsə.

Qadın və kişilərin cəmiyyətdə bərabər sosial vəziyyəti dedikdə ailə büdcəsinə hər iki tərəfin köməyi və bu büdcədən hər iki tərəfin eyni hüquqla istifadəsi nəzərdə tutulur. Bura, həmçinin, müəyyən sosial işlərdə, qərarların qəbulunda imkanların bölgüsündə və s. lazım olan şərtlər və onların yerinə yetirilməsi nəzərdə tutulur.

Qadınların cəmiyyətdə özlərinə görə haqlı narazılıqları, kişilərin isə böyük iddiaları əslində gender bərabərliyinin qeyd olunan şərtlərinə əməl olunmaması və qadın və kişilərin hüquqlarını bilməmələri nəticəsində yaranır. Qadına və kişiyə cinsinə və fərdiliyinə görə fərq qoyulması isə bu məsələlərdən sonra alt qatlarda yerləşir.

YAZARIN ÖNCƏKİ YAZILARI

Qubadlı-2009

Caninin sevgisi
Yuxu
Metro ticarəti
Hazırsanmı?
822, 853, 874 və 884
Səhv düşəndə yerimiz
Həyat dəyişir
İllər görmüşdükmü bu illər kimi…

Zəhərə və zəhmətə davam!

Əsrlərin “Molla”sı

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın