Menu
Geri İrəli

Hanı üstü-başı təbaşirli müəllimlərimiz?

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2010 • Baxış sayı: 624 dəfə • 3 şərh
Share Button

444fa96989Problemlər məngənəsində boğulan Azərbaycanımızın əsas problemlərindən biri də təhsilin səviyyəsi ilə bağlıdır.  Bu problemlər məni oxuduğum illərə aparır. Əvvəllər şagirdə bir şey öyrətmək naminə üst-başı təbaşir tozuna bulaşan muəllimlərimiz  dəridən-qabıqdan şıxırdılar. Bu gün isə belə müəllimlər qəhətə çəkilib.  Belə müəllimərə indi orta məktəblərimizdən daha çox litseylerde və ya özəl məktəblərdə rast gəlinir. Bəlkə də onların da bir çoxu yüksək maaş almaqla seçdikləri vəzifənin ciddiliyini anlayırlar. Bu litsey və digər özəl məktəblərin tələb etdiyi təhsil haqqı, hər ailənin övladını orda oxutdurmağına imkan vermir. Pulunun qüdrəti güclü olan ailələrin övladları bu məktəblərin sıralarını doldurur. Və belə ailələrin övladları da, bu gözəl şəraitin onlara yaradılmasına baxmayaraq, nədənsə oxumağa biganə yanaşırlar. Orta məktəblərimizə gedən şagirdlərə isə, müəllimlərimiz biganə yanaşır. Çünkü o  məktəblərə nəzarət etmək vəzifəsini seçənlər elmə, tərbiyəyə heç nəzarət etmirlər. Halbuki, bir ailə müəllimi öz övladına ikinci valideyn bilir ve övladını onlara əmanət edir. Amma bu əmanətə nəzarət etməyi ağız dolusu sözlərlə qəbul edənlər, heç də nəzarət etməyi bacarmırlar. Çünkü bu günün elm, tədris tərbiyəçiləri istər maaşlarının azlıqlarından, istərsə də seçdikləri bu müqəddəs yola verilməyən dəyərlər ücbatından şagirdlərə nə oyrədilməsi gərəkdiyini unudublar. Daha çox özlərini düşünməyə başlayıblar.  Bu səbəbdəndir bir çox şagirdlərimiz dərs öyrənmək əvəzinə siqaret çəkməyi və başqa pis alışqanlıqları məhz orta məktəblərdə öyrənirlər. Bu gün orta məktəblərimizdə siqarət çəkmə yaş həddi hətta 11 yaşa qədər geriləyib. Bu geriləmək tərbiyəsizliyin artması mənasında irəliləmək mənasını daşıyır.

Bəs ali və orta ixtisas məktəblərində vəziyyət necədir?  Onların vəziyyəti daha da  acınacaqlıdır.  Bu pul ki, var hər şeyi həll edir oralarda. Bu gün tibb təhsilini pul vasitəsiylə başa vuran bir tələbə sabah həkimlik sənətini necə bacaracaq? İnsanların həyatlarıyla oynayacaqlar. Və ya müəllimlik sənətini üniversitetlərdə öyrənə bilməyənlər sabah necə müəllimlik edəcəklər? Bəs hüquqşünaslar? Onların sabah Azərbaycan üçün nə qədər önəmli olduqları deyəsən gözlərdən qaçıb.    Bu üç müqəddəs sənətdə pulun oynadığı rol varsa, digərlərini sadalamağa dəyməz.

Pul verməsən dərsdən keçmək olmaz fikrində olanlar! Və ya dərsi keçmək üçün birliktə pul toplayıb verənlər! Birləşib pul verməyib və öz haqqınızı tələb etsəniz, sizin qarşınızda duran olarmı? Heç kəs dura bilməz. Birlikdə olan gücün hələ də fərqində deyilsiniz. Ya da pul verib canını qurtarmaq sizə daha çox sərf edir

Dövlətimiz isə təhsilə dünyanın ən axırıncı dövlətləri kimi baxır. Belə də olmalıdır, çünki bizim dövlətimiz millətin əlində deyil və buna görə də millətin perspektivləri strateji proqramlar şəklində təsəvvür və qəbul edilmir. Millətin sərvətini qara iqtisadiyyat yolu ilə, rüşvət və korrupsiya qaydasında mənimsəyən hökumət Azərbaycan xalqının perspektivinə bu şəkildə baxır.

P. S.  Amma bundan da əmin olun ki, pulun gücünə oturulan oturacağınızı bir gün ağıl, bilik gücünə uduzacaqsınız!

Facebook Şərhləndirmə:
Share Button

“Hanı üstü-başı təbaşirli müəllimlərimiz?” yazısına 3 cavab

  1. Nurane deyir:

    Belke de inanmayanlar olacaq,amma Baki Slavyan Universitetinde tehsile, telebeye en yuksek qiymet verilir.Burada oxuyan,bilikli,istedadli telebe ucun hemise yasil isiq yanir

  2. Esmer deyir:

    Beli esas mesele ali mekteblerdir.Bu gun pul ile tehsilini basa vuranlar,orta mekteblerde hansi normal dersi kece bilerler?Bunu arasdirmaq lazimdir.

  3. Nigar deyir:

    Mən amma bünövrədən təhsilin tərfindəyəm. Məktəbdən, hətta baxçadan başlayaraq təhsil keyfiyyətli olmalıdır. Bilikli, savadlı, dünyagörüşlü və digər meyarlara malik tələbə istənilən ali təhsil müəssisəsində öz hüquqlarını tələb edəcək və heç kəs ondan pul ala bilməyəcək. Sadə bir səbəbdən- bu onun prinsinplərinə sığmayacaq. Cəmiyyətimiz dəyişməlidir. Uşaqlara kiçik yaşlarından müəyyən dəyərlər (məhz dəyərlər, bilik və bacarıqlardan əlavə) aşılanmalıdır. Azərbaycan Təhsil sistemi isə kökündən dəyişməlidir. Təhsilə fərqli yanaşma lazımdır…

Şərhinizi yazın