Menu
Geri İrəli

Hətəmşahın “xeyir iş”i

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyul 2015 • Baxış sayı: 823 dəfə • Şərh yoxdur

lale orucluLALƏ ORUCLU

 Keçən il bu vaxtlar idi. Axşamçağı balkonda oturub çay keyfi edirdik ki, birdən qonşuda bir mərəkə qopdu. İstər-istəməz balkondan boylandıq görək nə qırğın-qiyamətdi. Qonşumuz Fatma xalagildə yenə aləm bir-birinə qarışıb. Bu evdəki dava-dalaşa qulağımız öyrəşdiyindən  mərəkə “maraqlı” gəlmədi. Oturduq yerimizə. Amma yox qulağımız alan səslərdən məlum oldu ki, həmişəki gəlin-qaynana, ana-oğul qırışması deyil, bu dəfəki lap fısqırıqdı. Çox intizarda saxlamayım. Deməli, bizim bu Fatma xalanın evli-eşikli oğlu Hətəmşah, adındakı “şah”a uyub, özünü şahənşah hesab edərək, çoxarvadlılıq sevdasına düşüb. Bir arvadla üç uşağı saxlamağa duxusu çatmır. Yazıq uşaqlar mələşə-mələşə, əyni yalın, nənələrinin xidmətçilik, əminin fəhləliklə qazandığı qəpik-quruşun hesabına bir qarnı ac, bir qarnı tox dolanırlar. Əyninə şalvar ala bilmir, amma arvadı qoşa istəyir. Bizim bu qoçaq arvad-uşağının üstünə birgə işlədiyi ərli-uşaqlı bir qadının qolundan tutub gətirib evinə. Hə, düzgün eşitdiniz ərli qadını. İçkili olanda Hətəmşahın ağlı bilmirəm harasında olur, amma başında olmadığına əminəm. İçib qızıb, sevgi atəşi başına necə vurubsa deyib azz, cəhənnəm olsun hamısı, gir qoluma gedək. Bu arvad da toyuq qədər ağlıyla Hətəmşaha uyub gəlib.Əslində bəlkə də uymayıb, çarəsizlikdən bu addımı atıb. Çünki bunun işdə Hətəmşahla mazaqlaşdığı hamıya bəlli olub. Əriylə uşaqları da üzünə bir lotma tüpürüb evdən qovlayıblar. Bu da qoşulub Şaha gəlib. Gəlməyinə gəlib, amma birinci arvadla qaynana “təzə gəlin”nin ayağını qapıdan içəri qoymağa imkan vermirlər. Hətəmşahın sarı mərəz arvadı səsini atıb başına, günü bacısı olmağa hazırlaşan bu ləçəri ağ yuyub qara sərir. Gəlin-qayana-ər-təzə gəlin bir-birinin şəninə qurşaqdan aşağı söyüşlər yağdırırlar. “Təzə gəlin” özünü naza qoyub yola düşür guya getsin. Hətəmşah da tutub qolundan sürüyüb gətirir qapıya sarı, azz yox ee getməyəcəksən, sənə heç kim heç nə deyə bilməz. Sonra da arvadının saçından tutub sürüyür evə ki səsin çıxmasın ay …

O yandan Fatma xalanın səsi gəlir: Arvad sənin harana yaraşır, ay köpəyuşağı. Sonra cumur təzə gəlinin üstünə: ay qancıq, sən öz ərivə arvad ola bildin ki indi ikincisinə də gəlmisən. Az sənin ağlun hardadı? Görmürsən bu içib piyandi, arvadsaxlayan oğraşdı bu. Qaynananın ağzından söz qurtarmamış arvad günübacı namizədə hücuma keçir: ay …..

Qonşular çıxıb tamaşaya mızıldanır, dodaq altdan söyürlər. Ədəbli qonşu qadınlardan biri dözmədi bu tərbiyəsizliyə. Yumdu gözünü, açdı ağzını: Bir yandan  söydü, o biri yandan danlaq dansaq etdi ki bəs bezmişik daha davalarınızdan, tərbiyəsizliyinizdən .

 Hətəmşahın içkili başına elə bil qaynar su tökdülər. Qışqırıb dedi: ay Fəzilə xala, sənin o təzə gətirdiyin gəlninin ağzını, filan yerini belə-belə edim.  Fəzilə xala qızardı bozardı, istədi desin oğlanlarıma deyerem axşam çiləyərlər səni. Amma demədi. Qonşu arvadlara dedi ki, uşaqlarım yazıqdı, bu yetimçəni öldürüb cəhənnəmə göndərəcəklər, uşaqlarım də türməyə gedəcək. Allah bəlasını versin deyib səssizcə çəkildi evinə. O ordan, bu burdan spz atdı. Təzə gəlin başını götürüb qaçdı, Hətəmşah da arxasınca. Sonra eşitdik ki yola salıb dədəsi evinə kəndə. Beləcə Hətəmşahın xeyir işi baş tutmadı, arzusu qaldı gözündə. Amma yenə də boş durmur, nə vaxt görsən qulağında telefon xısın-xısın danışır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın