Menu
Geri İrəli

İş yerini dəyişmək effektlidirmi?

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyun 2015 • Baxış sayı: 640 dəfə • Şərh yoxdur

elvin dadasiovNədən bəzi insanlar maliyyə müstəqilliyinə malikdirlər, pul barədə çətinlikləri yoxdur və öz zamanlarını ailələrinə,digər işlərinə ayırırlar,bir sıra insanlarsa, bir işə girir, uzun zaman orada işləyir və maaş azlığından şikayət edir? Əgər maaş azdırsa onlar nə etməlidirlər? Başqa işə keçməlimi yoxsa öz işində davam etməlimi? Təcrübələr göstərir ki,əgər maaş və pul kifayət etmirsə, iş yerinin dəyisməsi əsas məsələ deyil. Niyə?

Birinci:  Pulun kifayət etməməsi daha çox daxil olan məbləğdən deyil, cibdən çıxan məbləğdən asılıdır. Başqa sözlə desək, gəliri artırmaqla yanaşı xərci azaltmağı da düşünməlisən. Pulu idarə etmək bütün elmlər kimi bir elmdir. Milyonçu şəxslər bu elmə yiyələnmiş şəxslərdir. Demirəm siz də milyonçu olmalısınız. Amma yüzlüklərdən minliklərə qalxmaq üçün pulu və maliyyəni idarə etməyi mütləq öyrənin. Əgər siz komputer mütəxəssisisinizsə, və prestijli bir şirkətdə işləyib kifayət qədər maaş alırsınızsa, bu o deməkdir ki, siz öz əməyinizi bu şirkətə müəyyən qədər maaş qarşılığında satırsınız. Əlinizə gələn pulun səmərəli istifadəsi üçün onu necə idarə etməyin kitablarını oxuyun. Ən yaxşı mənbələrdən biri: Robert Kiyosakinin kitablarından başlayın.

İkinci: Daha üstün həyat daha üstün düşüncədən başlayır. Bu nə deməkdir? Siz ya öz fikirlərinizlə, ya da dostların, sizə nüfuz edən insanların fikirləri ilə idarə olunursuz. Bu fikirlər 200 AZN-lik maaşlı işlə bişirilibsə, sizin 400 AZN-lik işə getməyiniz bir şeyi dəyişməyəcək. Belə ki, siz aylıq xərclərinizi 200 AZN qaldıracaqsınız. Məsələn, kreditə maşın alacaqsınız. Nəticədə növbəti 3-5 il üçün sizin faktiki gəliriniz yenə 200 AZN qalacaq. Fikir dəyişimi üçün ən sadə yol dostları dəyişməkdir. Mən demirəm köhnə dostları atın. Daha yüksək düşüncəli insanlarla həmsöhbət olun. Bilavasitə sizə öz təsirini vuracaqlar. Məsələn, kimisi sizə daha yaxşı ideya verəcək, kimisi sizə daha yaxşı bir məsləhət verəcək.

Üçüncü: İş yerlərinin əksəriyyətində öz xarakteri ilə fərqlənən işçilər daha irəli çəkilir və maaşları artırılır. Əgər uzun illərdir maaşınız dəyişmirsə, bunun dolayısı ilə sizin təkmilləşməmənizlə əlaqəsi var.

Məsələn: Bir texnik eyni detal kəsimini 4 ildir görürsə, onun 4 il iş təcrübəsi yoxdur. O 1 il işi öyrənib. Növbəti illərdə bu təcrübəni 3 dəfə təkrar edib. Əgər bu texnik 4 il ərzində xarici dillər öyrənsə idi, digər iş yoldaşlarının işini mənimsəsə idi, daha çox təcrübəli olduğuna görə başqa bölməyə keçə bilərdi. Qısası, daima təkmilləşməyə çalışın. Təkcə sahənizə aidiyyatı olan kitablar oxumayın. Fərdi inkişaf kitabları ilə xarakterinizi daima təkmilləşdirin. İşdə uğurunuzun 70%-i sizin şəxsi keyfiyyətlərinizdən, 30 %-i isə spesifik bilik və təcrübənizdən asılıdır. İşlədiyiniz yerin ən yaxşısı olun. Ən əsası sevdiyiniz işdə işləyin, və ya gördüyünüz işi sevin. Uğurun həcmi sizin işə olan sevginizlə düz mütənasibdir.

Elvin Dadashov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın