Menu
Geri İrəli

İt günündə xəbər

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Avqust 2017 • Baxış sayı: 594 dəfə • Şərh yoxdur
Share Button

1503133284_42

İtin qızı dişləməsi xəbərdirmi? Əslində, bu xəbər necə yazılmalıdır?
Jurnalistikada bir prinsip var: “İtin insanı dişləməsi xəbər deyil, insanın iti dişləməsi xəbərdir”. Bu, o mənanı ifadə edir ki, bütün hadisələr xəbər deyil, xəbərə çevrilməməlidir, tutaq ki, kiminsə soyunub-geyinməsi, kiminsə qarderobu, mətbəxi, maşını, saç düzümü, kipriyi xəbər mövzusu olmamalıdır.
Kiminsə maşını o halda xəbər ola bilər ki, məsələn, o maşın katastrofik qiymətədir və hansısa məmurun övladının, nəvəsinindir. Bu, artıq ictimai nəzarətin gücləndirilməsi baxımından maraq doğuran xəbərdir: Hardandır? Hansı pulla alıb?
Tutaq ki, biznesmenin “Galendvageni” xəbər mövzusu olmamalıdır, şəxsi işidir – öz puludur, özü bilər necə, nəyə xərcləyir. Hətta biznesmen bir az cəsarətli olub, onun şəxsi həyatı barədə xəbər istehsal etmiş jurnalistlə məhkəmədə də görüşə bilər.
…Ancaq Sumqayıtda 5 yaşlı Zeynəbi itin dişləməsi xəbər kimi təqdim olunmalı idi, ona görə yox ki, hadisə ölümlə nəticələnmişdi, ona görə ki, bu olay ictimai əhəmiyyət kəsb edirdi. Bu hadisə ilə bağlı xəbər bir həyəcan təbili xarakteri daşıyırdı. Müvafiq qurumlar hadisədən dərs çıxarsın, valideynlər daha ehtiyatlı olsun deyə bu hadisə ictimailəşdirilməli idi. Ancaq beləmi? “İt başından tutub çeynədi” başlıqlı xəbər şübhəsiz ki, oxucu marağına, İP sayının artırılmasına hesablanıb. Təbii ki, bu cür başlıqla xəbərin dərc olunmasını heç kimə qadağan etmək mümkün deyil, qanunvericiliyin heç bir tələbi pozulmayıb. Pozulan yalnız jurnalist etikasıdır! Jurnalist özünü 5 yaşlı Zeynəbin yerinə qoysaydı, yəqin ki, bu başlığı seçməzdi… yəqin ki… onda saytlarımız da lazımsız “it dişləmələri ilə” dolmazdı…

 Vüsal Məmmədov

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın