Menu
Geri İrəli

“Mucize” filmininin təqdimatından qeydlər

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2015 • Baxış sayı: 986 dəfə • Şərh yoxdur

azizaDünən  “28 Cinema”da baş tutan  “Mucize” filmininin təqdimatı haqqında qeydlərimi sizlərlə bölüşmək qərarına gəldim..
Başlayım mətbuat konfransından: (bir az uzun olacaq, amma yazacam )
Əvvəla onu deyim ki, filmin nümayişindən əvvəlki mətbuat konfransı heç kimə lazım deyil, görmədiyin film haqda nə soruşacaqsan ki? Və filmə baxdıqdan sonrakı sualları kimə ünvanlayacaqsan?… nə isə..
1. Bəzən mənə elə gəlir ki, mətbuat konfransında mütləq bir moderator olmalı və veriləcək suallar əvvəlcədən nəzərdən keçirilməli və sistemləşməlidir. Mənasız, “təki səsim çıxsın” deyə verilən suallar, gələn qonaqlarda mediamız haqda inanmıram müsbət fikir yaratsın.
Ən azından film prezentasiyasına gələn aktyora “Baküyə gəlişinizin səbəbi nə?”-kimi “ağıllı” suallar olmaz.

2. Azərbaycana gələn qonaqla Türk dilində danışmağın tərəfdarı olmasam da, əleyhinə də deyiləm,amma dil bilmədən özünü o dildə danışmağa məcbur etmək, həm o dilin, həm öz dilinin qol qanadını qırmaq cəhdi kənardan çox eybəcər görünür. Bəzən bu eybəcər durumdan çıxmaq üçün ortaya bir saxta “patriotluq” da çıxır. Misal çəkirəm:
Dünən Mahsuma həmkarlardan biri çox bəsit bir sual verdi-öz dilimizdə: “niyə türk filmlərində bu qədər qan, kriminal bədbəxtlik var. Türkiyədə xoşbəxt adammı qalmadı?”… və niyəsə Mahsun bəy bu sualı anlamazdan gəldi- başa düşmədi guya. Anındaca digər həmkarlardan biri həmin sualın qol qıçını qırıb tərcümə etməyə çalışdı. Bu səfər Mahsun rəsmən nə deyildiyini anlamdan yanındakının üzünə baxdı. Zaldan sual: “Anladınızmı?” Bu suala isə Mahsun deyil, Əli Sürməli bizim dildə 1 kəlmə “BƏLİ” dedi və anındaca bir zalllıq jurnalist ordusu onu alqışladı. Niyə? “Bəli” demək bu qədərmi çətin şey imiş? Yəni, bu, patriotluq deyil, arkadaşlar, Cem Yılmaz demiş “sıvama bölümüdür…”
3. Könül istərdi ki, mətbuat konfransına gələndə bir-birimizi eşitməyi bacaraq. Bu halda həm təkrar-təkrar 1 sual 10 dəfə verilməz, həm başqasının sual vermə şansı da olar, həm də sual verən adamın sualına cavab alma imkanı sağlam olar.
Misal:Həmkarlardan biri Mahsuma belə bir sual verdi:
- “Oxumaq üçün darıxmamısınız ki?”.
-Darıxmışam.
-Onda bir ağız oxuyun.
Mahsum elə ağzını açıb nəsə oxuyacaqdı ki, arxadakı jurnalist dəxli olmayan bir sualla onun fikrini yarımçıq qoydu və beləcə bir də bura qayıdılmadı..

Keçirəm Film nümayişi olan zala

Əvvəl onu deyim ki, 28 Cinema işçiləri həqiqətən çağırdıqları qonaqları yerbəyer etmək baxımından olduqca məsuliyyətli və sayqılıdırlar.

Əziz həmkarlar, əgər Sizi filmin təqdimatına çağırıblarsa, bu, Sizin ailə üzvlərinizə də aid deyil. Qarşımda oturan bir xanım-kim olduğunu bilmədim, yoxsa yazardım,-özündən əlavə 2 nəfər də gətirmişdi. Biri sevgilisi, o biri uşaqları…
Əzizlərim, Siz necə qəbul edirsiniz ki, Sizin dəvətsiz gətirdiyiniz insanlar sayəsində başqaları ayaq üstə qalır və təşkilatçılar da çıxılmaz duruma düşür…

Filmin özü barədə…

Filmə konkret olaraq “yaxşı” və ya “pis” deməkdə acizəm. Münki filmdə sula doğuracaq məqamlar çox idi..kadrların əksəriyyəti məna baxımdan bir-birini vurur.
Misal: 1.Filmin əvvəlində ucqar bir kəndə müəllim göndərildiyi əks olunur. Onu gətirən maşın bir dağın başında dayanır və sürücü deyir ki, “hökümət yolu bura qədər çəkib. Burdan o tərəfə gedib kəndə çatmaq üçün o iki dağ keçəcməlisən. Sonra da göstərilir ki, müəllim o dağları necə keçir çaydan necə keçir və s…. Sonra necə olursa məktəb tikmək üçün inşaat malları rahatca kəndə gəlir..filmin sonunda isə maşın, özü də minik maşını düz, sözü gedən ailənin qapısının ağzına qədər gəlir…
2. Müəllim, təsvirdə bu qədər geridə qalan (təxminən orta əsrlər) bir mahalda xanımına zəng edir və təcili banka pul qoymasını istəyir və anındaca, pulu alıb çıxır (heç nəyi olmayan, dünyadan təcrid olunmuş kimi təsvir olunan bir cəmiyyətdə sürətli pul köçürməsi varmış.. smile emoticon qalanını filmə baxanda özünüz görəcəksiniz.

Əgər filmi ümumilikdə bir kubik-rubik şəklində yığmağa çalışsaq, mənim aləmimdə tam yığılmayacaq. Amma bir çox maraqlı kadrlar və mesaylar var ki, insana təsir edir və bu səhnələr filmin ümumi mənzərəsini kölgədə qoya bilir.

Filmdə əsas obraz həm kəndə gələn müəllim, həm də anadangəlmə şikəst Aziz olsa da, liderlik Aziz obrazında idi… Aktyor oyunu mənim çox ürəyimcə oldu…Hətta mənə elə gəlir əgər o aktyor belə məharətlə oynamasaydı, o film o qədər də diqqət çəkməyəcəkdi…
Amma rejissor (yəni Qırmızıgül) onun şikəstliyini həddən artıq qabartmağa və məhz bununla diqqət çəkməyə çalışmışdı və aktyorun məharəti də ona bu imkanı vermişdi..

Cansıxıcı səhnələr də, mənə görə çox idi…
Film, tipik kənd həyatı görməyən insanlar üçün daha gülməli idi. Şəhər mühitində böyüyənlər bəzi şeylərin həqiqətən ucqar kəndlərdə mövcud olduğuna təbii ki, görmədikləri sürəcə inana bilməzlər… O üzdən sanıram şəhər baxışından filmin əyləncəsi daha çox idi… Hətta əslində insana toxunan bir anda zalda qəşş edib gülənlər də var idi….

Final inandırıcı və uydurulma olsa da həddən artıq şişirdilmişdi. Ailəsində elə bir insan olan adam kimi deyirəm ki, çox təsiredici idi..Yəni filmin MÖCÜZƏsi də elə bu idi.. O cür xəstələrin sağalması üçün həqiqətən ancaq gərək möcüzə olsun..

Məndən bu qədər… Məncə gedin baxın, siz də fikir bildirin. Nə də olsa bizimkilərin pulu ilə çəkilib…

101FM-in Xəbər aparıcısı Əzizə İsmayılova

Facebook Şərhləndirmə:

Şərhinizi yazın