Menu
Geri İrəli

Müsahibə

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2011 • Baxış sayı: 574 dəfə • 1 şərh

Səbinə Əliyeva

“Məndən müsahibə almaq istəyirsən?” deyə soruşdu Həyat.
-”Vaxtın varmı?” deyə soruşdum.
Gülümsədi.
-”Mənim vaxtım Sonsuzluq” dedi Həyat. “Nə suallar var ürəyində?”
“İnsanlara ən çox nə vaxt hirslənirsən?” deyə soruşdum.
Həyat cavab verdi:
“İnsanlar uşaqlıqdan sıxılıb böyümək üçün tələsirlər, sonra yenə uşaq olmanın həsrətini duyurlar. Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər, sonra sağlamlıqlarını qazanmaq üçün pullarını itirirlər. Gələcəyi düşünməkdən bu günü unudurlar. Sonra da nə bu günü, nə də gələcəyi yaşaya bilirlər. Təcrübə yaxşı bir müəllimdir deyirlər, amma təcrübənin talonun ödəmək istəmirlər. Həyatlarını qazanmaq üçün təhsil alırlar, amma həyat ustası olmağı bilmirlər. Bu səbəblə də, heç ölməyəcəkmiş kimi yaşayırlar və heç yaşamamış kimi ölürlər.”
Həyat əlimi tutdu. Bir müddət səssiz qaldıq. Dərin bir nəfəs aldım.
“İnsanların nələri öyrənmələrini istəyirsən?” deyə soruşdum.
Həyat cavab verdi:
“Heç kimi səni sevməyə məcbur edə bilməyəcəyini, edə biləcəyin tək şeyin səni sevmələrinə icazə vermələrini istəyərdim. Bağışlamanın bağışlayaraq öyrənilə biləcəyini öyrənmələrini istəyərdim. Başqalarıyla özlərini müqayisə etməməyi öyrənmələrini istəyərdim. İki insanın eyni şeyə baxıb fərqli şeyləri görə biləcəyini öyrənmələrini istəyərdim. Zəngin insanın ən çox şeyə sahib olan deyil, ən az şeyə ehtiyac duyan insan olduğunu öyrənmələrini istəyərdim. Bir mehriban ürəyi dərindən yaralamanın bir anda olduğunu, amma sağaltmağın çox uzun sürdüyünü öyrənmələrini istəyərdim. Səni sevən insanların duyğularını necə ifadə edə biləcəklərini bilmədikləri üçün səni sevmədiklərini sanmaq yerinə onların sevgisini hiss etməyi öyrənmələrini istəyərdim…”
Həyat dərin bir nəfəs verdi. Həyatın nəfəsi sözlərə çevrildi:
“Söylədiklərimi ürəyinə qeyd et” dedi. Söylədiyi cümləni ürəyimə qeyd etdim.
“BAŞQALARINI BAĞIŞLAMAQ KAFİ DEYIL, ÖZÜNÜ DƏ BAĞIŞLAMAĞI ÖYRƏN”.
Bu sözlərdən sonra özümü çox rahat hiss etdim.
“Son bir sual daha, Həyat” dedim. “Məndən nə istəyirsən, Həyat?”
Bütün otağı ağ bir işıq örtdü… və Həyat cavab verdi:
“SƏNİN ÖZÜN OLMAĞINI İSTƏYİRƏM, YOXSA BAŞQASI OLARDIN. SƏNƏ BU GÜN EHTIYACIM OLDUĞUNU BİL, YOXSA BU GÜN MƏNIMLƏ OLMAZDIN. ÖZ BƏNZƏRSİZLİYİNİ BİL, ÇÜNKİ MƏN ÖZÜMÜ TƏKRAR EDİLMƏYƏCƏK QƏDƏR YARADICI VƏ ZƏNGİN SAYIRAM VƏ HƏQİQƏTƏN TƏK QİYMƏTLİ OLANAM. DƏYƏRİMİ BİL…”

Facebook Şərhləndirmə:

“Müsahibə” yazısına bir cavab

  1. Nicat deyir:

    Çox gözəl yazıdı Səbinə xanım maddiləşən və maddələşən bu günümüzdə insanların hiss edə bilmədikləri vəya unuttuqlari həyat.Var olmağın səbəbi sual dolu məchul həyat.

Şərhinizi yazın