Menu
Geri İrəli

Müşahidə

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Oktyabr 2011 • Baxış sayı: 891 dəfə • 6 şərh
Share Button

Yerin altı…Havasızlıq..Qəribe qoxu…İnsan axını…Yüzlərlə, minlərlə insan, fərqli simalar, bənzərsiz talelər, bənzəyən talelər… yad baxışlar,doğma insanlar, tanımadıqlarımız, tanıdıqlarımız və ya tanımadığımız tanışlarımız, yaralı qəlblər, ümid və sualla dolu gözlər, gözləntilər…Hamısı bir arada. Hər gün eyni qatarın içərisinə doluşub, tələsirlər…Qatarlar dolub boşalır, elə insanların qəlbləri kimi, qatarlar tələsir, elə insanların özləri kimi… Yanımdan sürətlə ötüb keçən qatarlar ömrümün günləri kimi, ayaq altda qalmış, külək vıyıltısından vərəqləri çevrilən, kitababənzəyir… Kimisə evinə, kimisə arzusuna, kimisə məqsədinə, kimisə ölümə aparır bu qatralar. Dolub-boşaldıqca o təkcə insanların yükünü çəkmir, həm də, onların qəlblərinin, arzularının, ümidlərinin və günahlarının yükünü çəkir… Daha da içəri keçdikcə hər bir simada fərqli bir “MƏN” görürəm.
Bir az kinli, bir az soyuq, bir az ilıq, bir az doğma, bir az yad, bir az yüklü… Kimisi əlində qəzet – olmuşları və olacaqları vərəqləyir, kimisi musiqi dinləyir, kimisi yorğunluqdan yuxuya keçib, kimisi düşünür, kimisi gülür, kimisi kədərli, kimisi qeybət edir, kimi də eynəyini gözündə saxlayır, bəlkə də gözlərini, bəlkə özünü ya da bəlkə göz yaşlarını gizlətmək üçün… Biri isə köhnə və cırıq ayaqqabılarını gizlətmək üçün ayaqlarını gizlətməyə çalışır. Kimisi də qarnını sıxaraq aclıqdan gələn səsi gizlətməyə çalışır.. Bir başqası isə yanındakılarının nəzərlərindən qorxub, öz tox qarnını, cibini qabartmış, öz haqqı olmayan bir xeyli pulu gizlətməyə çalışır. Bütün bu gerçəklikləri isə Qatarlar gizlətməyə çalışır..Bu uzunsov qutularin içərisində çox şey baş verir.
Dispetçerin səsi gəlir:
- 20 Yanvar staniyası.. Növbəti stansiya Memar Əcəmi!

Səbinə Əliyeva

Öncəki yazılar:

Müsahibə 

Möcüzə

 

 

Facebook Şərhləndirmə:
Share Button

“Müşahidə” yazısına 6 cavab

  1. Chinare M. deyir:

    Cox sagolun, Sebine xanim. Yeni ad gelir deyesen edebiyyatimiza…

  2. Esmer deyir:

    Cox maraqli ve dusundurucu hem de cox real.Qeleminiz her zaman bele heqiqeti yazsin.Cox beyendim.Allah yolunuzu aciq etsin.

  3. Resad deyir:

    Heqiqeten de cox maraqli idi. tesekkur edirem Sebine xanim.Size ugurlar…

  4. Gözel…Gözel romantikaya,gözel saf,ince qelbe, malik bir qelem sahibi…Men inaniram ki,bu ad SEBINE ELIYEVA,gelecekde edebiyyatimizin incisine cevrilecek dahi yazarlar sirasinda olacaq…Ehsen…Ujurlar

  5. Gözel ince qelbe,sonsuz derin romantikaya malik ceng qelem sahibi SEBINE ELIYEVA…Men inaniram ki, bu ad gelecekde bizim Edebiyyatimizin incilerine cevrilmiw dahi yazarlarin sirasina elave olunacaq…Men size Gelecek Fealiyyetinizde ugurlar arzulayiram…Arif Penahoglu.

Şərhinizi yazın