Menu
Geri İrəli

Ömrünün son günü kimi yaşamaq…

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Dekabr 2012 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur
Share Button

eyvzSabah dekabrın 21-dir. Deyilənə görə sabah “Qiyamət günü” olacaq. Yəni dünya qaranlığa qərq olacaq, dağılacaq…

Artıq buna hazırlaşanlar da kifayət qədərdir. Şam alan kim, konservləşdirilmiş məhsullar alan kim. Hətta bu günlərdə bir tanışım mənə dedi ki  evdə olan “oksigen balonu”nu “qiyamət günü”nə inananın birinə satıb. Özüdə nə az nə çox 500 manata…

Ağlı başında olan insan üçün aydındır ki, bu iqtisadi və digər məqsədlər üçün ortalığa  məqsədli şəkildə atılmış bir şaiyədir. Təəssüf ki bizdə də ağlı başında olmayan, daha dəqiq desək cahil insanların sayı kifayət qədərdir. Bu cahil insanların sayını şam biznesi ilə məşğul olanlar daha dəqiq bilərlər…

Mən bu məsələyə başqa bir aspektdən yanaşacam…

“Dünyanın sonu”na 1 gün qalır. Bu məntiqlə, hadisəyə inananlar bu gün ömürlərinin son gününü yaşayırlar. Daha doğrusu yaşamalıdırlar…

Fərdi inkişafla bağlı seminarlarda, kitablarda “Hər gününüzü ömrünüzün son günü kimi yaşayın” kimi fikirlərə tez-tez rast gəlirik. Elə mən özüm də seminarlarda tez-tez xatırlatdığım ifadələrdəndir…

Ömrünün son günü kimi yaşamaq zamanın qədrini bilməkdir…

Ən böyük arzularının reallaşdırlması üçün çalışmaqdır…

Sevdiyi insanlarla daha çox  bir arada olmaqdır, sevdiyi işlə məşğul olmaqdır.

Ömrünün son günü kimi yaşamaq başqalarının yox, öz həyatını yaşamaqdır, malik olduğumuz dəyərlərin qədrini bilmək deməkdir.

Sabah “qiyamət günü” olacağına inanan insanlar bu gün də eyni həyatı yaşadılar. Necə ki indiyə kimi yaşayırdılar, eləcə də həyatlarına davam etdilər…

Onların inamına görə isə sabah artıq dünyanın sonudur. Son şanslarını da istifadə etmədilər.Nə sevdikləri işlə məşğul oldular, nə də sevdikləri insanla vaxt keçirdilər…

Xoşbəxt o insanlardır ki, hər gününü ömrünün son günü kimi yaşayır…

Ölümdən qorxan, sabah dünyanın sonudur deyib öz həyatını yaşaya bilməyən insanlar isə heç bir zaman xoşbəxt həyat yaşamayacaqlar…

Gəlin hər günümüzü belə yaşayaq…Ömrümüzün son günüymüş kimi…”Sabah qiyamət gündür”, “dünyanın sonudur”, “Dünya qaranlığa bürünəcək” kimi cəfəng fikirlər səsləndirmədən, qorxudan uzaq olaraq, həyatı sevərək yaşayaq…

Eyvaz Qocayev

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın