Menu
Geri İrəli

Övladlarınızı “Camaatın uşağı”na qurban verməyin!

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2015 • Baxış sayı: 1,459 dəfə • 1 şərh
Share Button

vQU0ytk3WK0GHələ “Ögey ana” filmində səslənən və dillər əzbəri olan “camaatın uşağı” artıq mentalitetimizin ayrılmaz və tərkib hissəsi olub. Ailələr məhz bu sözdən ilhamlanaraq öz ailələrini,öz iş və ailə həyatlarını bu sözün üstündə qururlar. Sanki “camaatın uşağı” anlayışı olmasa həyat da olmaz. Təsadüfi deyil ki,sosial şəbəkələrdə  və digər internet resurslarında uğur qazanan ixtiyari bir gənc avtomatik olaraq “camaatın uşağı” adlanır və etalon kimi ailələrə “sırınır”…

Qəbul günlərini geridə qoyduq. 150 bal yığan kim… keçid balını ölüm zülmlə keçən kim… 700 vuranlar kim… İndidən kollec düşünən kim… Prezident təqaüdçü olmaq istəyən kim… Bir sözlə əsl imtahan həyəcanını yaşadıq. Ötən ildən fərqli olaraq bu il ballar 150-yə düşmədi. Bu isə bir çox valideynlərin narazılığına səbəb oldu. Bəli bəli məhz valideynlərin. İmtahan verən abituriyent kənarda qalıb,ortaya valideynlər düşüb. Nə var nə var,dilə dişə düşüblər uşaqları 150 bal yığıb.. Bunlar gəlib düşüblər məhz TQDK-nın üstünə.Sanki övladına təhsil verən TQDK idi,valideynin xəbəri yox idi.

TQDK adından göründüyü kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdır. Başqa sözlə 11 və ya 9 il ərzində nə öyrəndinsə imtahan verirsən.TQDK da biliyi yoxlayır və qiymətləndirir. Diqqətlə qulaq asın – qiymətləndirir. Valideynin gəlib TQDK-ya “niyə 150-yə düşürmədiz balı?” deməsi isə sadəcə gülüncdür. Müsabiqəyə buraxılma üçün verilən ballar 200-də ona görə qalıbki verilən qəbul planı 200 baldan yuxarı bal toplamış abituriyentlərin sayı ilə kəsişir. Keçən illər ərzində ona görə 150-yə endirdiki nəticələr rüsvayçı idi və qəbul planı ilə üst üstə düşmürdü.

Digər tərəfdən… Valideynin gəlib TQDK-dan “balları 150-yə endirin” deməsi onu göstərirki valideyn övladının biliyindən xəbərsizdir və onu məktəb dönəmində özbaşına buraxaraq təhsilsiz qoyub indi də təhsili TQDK-dan istəyir. Başa düşürəm valideyn istəmir övladı digərlərindən əskik olsun.Bu təbiidir.Amma görün neçə min uşaq müsabiqə şərtini ödədi və neçə yüz adam 0-200 bal arası nəticə göstərdi.

Son 3 gün ərzində 2 abituriyent özünü asaraq intihar etdi. Səbəb kimi də bu göstərilir ki uşaq qəbul imtahanından zəif nəticə göstərib və sarsıntıdan özünü asıb. Biraz da dərinə gedək: Uşaq niyə sarsıntı keçiribki? Dünya dağılmırki qəbul imtahanı ilə. Bu il olmadı gələn il olsun. Uşağın canından artıqdır?Ancaq hə artıqdır.. Görünürki hə. Valideynlər öz övladlarının üstünə “camaatın uşağı filan bal topladı sən toplamadın” kimi təzyiqlə gedərək onu bəlkədə ölümə aparır. Necə ki apardı. Adamlar tanıyıram qəbula görə uşağını evdən qovubki “get tələbə bileti ilə qayıt” deyib və sonra Xoşqədəm xanımın verilişinə çıxaraq gildir gildir göz yaşı tökür ki “uşağım itgin düşüb”. İnanınki Xoşqədəm xanımın verilişinə uşağı itgin düşənlərin yarısı uşağın evdən getməsinin əsl səbəbini gizlədir. Çünki günahın yarısı valideynin özündə olur.

Bu problemi necə həll etmək olar? Axı bu problem təkcə bu ilin deyil. Neçə illərdi davam edir. Valideynlərin bu təpkisi bu təzyiqi sona yetməlidir. “Qonşu uşağı filan yerə girdi sən girə bilmədin kül başına” deməklə guya uşağı universitetə salacaqsınız? Yazını oxuyanların bir çox qismi mənimlə razılaşsalarda bəziləri razılaşmayacaq.Bu normaldı. Ancaq bundan da önəmlisi bu problemi həll etməkdir. Uşaqlarınızı bədbəxt etməyin hörmətli valideynlər. Onlara dəstək durun. Universitetə qəbul olunmamaq dünyanın sonu deyil. Bu prosedur hər il davam edir. Ancaq insan ömrü bir anın içində yox olur. Necə ki oldu…

Sonda isə deyəcəyim tək bir söz var: “Camaatın uşağı”nın ayağına verdiyiniz övladınızın qoxusunu bir gün gələr elə “Camaatın uşağı”ndan ala bilərsiniz. Allah göstərməsin.Ancaq düşünün. Bu reallıqdır…

Facebook Şərhləndirmə:
Share Button

“Övladlarınızı “Camaatın uşağı”na qurban verməyin!” yazısına bir cavab

  1. leyla deyir:

    Beli…chox dehwetli bir veziyyetdir.

Şərhinizi yazın