Menu
Geri İrəli

Qadınların kişilərdə axtardığı…

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Avqust 2015 • Baxış sayı: 564 dəfə • Şərh yoxdur

Samir MemmedovHər nə qədər qadınlar kişilərdə yumor hissi və digər klassik meyarlara önəm verdiklərini söyləsələr də, son zamanlar aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, kişi seçimində qadınlar əsasən maddi vəziyyətə üstünlük verirlər. Yaxşı qazanan qadınların belə pul xərcləmək imkanına sahib olan kişiləri tərcih etdikləri təsbit edilmişdir. London məktəbinin iqtisadiyyat üzrə professoru Catherine Hakim-in rəhbərliyi altında aparılmış sorğunun nəticələrinə görə əksər qadınlar onlardan daha çox pul qazanan kişilərə üstünlük verir. Sorğuda iştirak etmiş qadın respondentlərin 64 %-i daha çox pul qazanan kişi ilə evlənmək istədiklərini bəyan etmişlər. Sorğu iştirakçılarından heç biri daha az qazanan kişi ilə evlənmək istəməmişdir.

Araşdırmasına əsasən Catherine iddia edir ki, qadınların “zəngin kişi ilə evlilik” arzusu əvvəlki illərlə müqayisədə getdikcə daha da güclənir. Əlavə olaraq, tədqiqatçı gender bərabərliyi ilə bağlı aparılan kompaniyaların təsiri ilə qadınların “evdar xanım” statusundan daha çox “karyera xanımı” statusuna sahib olmağa can atdıqlarını bildirir. YouGov adlı digər sorğuda iştirak edən qadınların 62 %-i həyat yoldaşlarının onlardan daha çox pul qazandıqlarını bəyan etmişdir. İştirakçıların 18%-i ərləri ilə ortalama eyni məbləğdə gəlir əldə etdiklərini bildirdiyi halda, yalnız 16%-i ərlərindən daha çox qazandıqlarını bəyan etmişlər.

İngilis qadınları üçün yumor hissi kişilərdə axtarılan “İstəklər” siyahısında üst sırada yer alır. Son zamanlar aparılan araşdırmalar göstərir ki, yumor hissi qadınların qəlbinə gedən ən effektiv yoldur. Britaniya Psixologiya Cəmiyyətinin apardığı araşdırmaya görə qadınlar yumor hissi güclü olan kişiləri yumor hissi zəif olanlardan daha zəkalı hesab edirlər.

Günümzdə qadınların maddi imkanı yaxşı olan kişiyə üstünlük verdiyinə baxmayaraq, tarix boyu onların kişilərin intellektual keyfiyyətinə diqqət etdikləri də məlumdur. Bu baxımdan, vəziyyəti düzgün təhlil edə bilmək, zarafat etməyi və güldürməyi bacarmaq qadınların kişilərdə axtardığı intellektual bir məharət olduğu da dəqiqdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın