Menu
Geri İrəli

Rusyada baş verənlərin arxasında nə durur? – ANALİZ

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2013 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur

Yeqor Şerbakov qeyd edildiyi kimi ayın 10-da qətlə yetrildiyi halda, hadisələr hansı səbəbdən 3 gün sonra şişirdildi?

 

Orxan Zeynalova qarşı davranış tərzi, Rusiya dövləti və milləti haqqında beynəlxalq aləmdə mənfi imic formaqlaşdıracaq. Oktyabr ayının 10-da Moskvanın Qərbi Biryulevo rayonunda Yeqor Şerbakovun, Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən qətlə yetrilməsi iddiası, Rusiya paytaxdında və digər şəhərlərində “rus millətçiləri” tərəfindən vandalizmə yol açdı. Hətta, bu hadisə Rusiya KİV-ləri tərəfindən o qədər şişirdildi ki, sanki, dünyada nadir bir qətl hadisəsi baş vermişdi. Bu isə özü-özlüyündə bir neçə sual meydana gətirir. Birinci: Yeqor Şerbakov qeyd edildiyi kimi ayın 10-da qətlə yetrildiyi halda, hadisələr hansı səbəbdən 3 gün sonra şişirdildi? İkinci: qətildə şübhəli bilinən Orxan Zeynalov Rus OMON-u tərəfindən həbs edilərkən, nəyə görə insanıığa sığmayacaq dərəcədə işgəncələrə məruz qaldı və bu kadırlar dərhal KİV-lər tərəfindən işıqlandırıldı? Üçüncü: Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov, həbs edildikdən sonra bir başa Rusiya Daxili İşlər nazirinin şəxsən iş otağına niyə gətirildi? Bu sualın özü bir neçə suallara yol açır. Axı Rusiyada hər gün yüzlərlə, bəlkə də minlərlə belə qətillər baş verdiyi halda hasısa qatili nazirin otağına gətirirlərmi? Əlbətki, yox! Elə götürək bu ilin iyulunda Moskva ətrafı Podolsk yaxınlığında 18 nəfərin ölümünə, 30-dək adamın xəsarət almasına səbəb olmuş, avtomobil qəzasını törədən Ermənistan vətəndaşı Hraçya Harutyunyanı. Əcabə onu nədən Rusiya DİN-nin şefinin otağına gətirmədilər? Axı o daha ağır cinayət törətmişdir. Və yaxud da iki gün bundan öncə Moskvadakı avtobus dayanacaqlarının birində ruslar tərəfindən amansızlıqla qətlə yetirilmiş azərbaycanlı Qaraxanlı Ruslan Arif oğlunun qatillri niyə lazımınca axtarılıb, nazirin otağına gətirilmir? Dördüncü: Əgər Y.Şerbakovu O.Zeynalov qətlə yetirmişdisə “Pokrov” meyvə-tərəvəz bazasında işləyib ruslara xidmət göstərən əsasən azərbaycanlılardan ibarət olan insanlara milisinin dəsdəyi ilə “rus millətçiləri”nin hucum etməsi və həmin bazarın bağlanmasına rəvac verən nə idi? Təkcə sonuncu arqument təsdiq edir ki, həqiqətən də Orxan Zeynalov hadisəsinin arxasında “qara əllər” var. Onlar siyasi iqtisadi məqsədlərinə çatmaq naminə bu addımları atırlar. Artıq bəzi ekspertlərin gəldikləri qənaət bundan ibarətdir ki, O.Zeynalovun fonunda Kremil belə bir “şou” düzəltməklə Azərbaycanın özünün yaratdığı Gmrük ittifaqına üzv olmaq üçün təzyiq etmək niyyətindədər. Əslində mütəxəsislərin gəldiyi qənaətdə kifayət qədər həqiqətə söykənən detallar mövcuddur. Lakin düşünmək olar ki, belə bir “şou” düzəldən Putin administrasiyası müəyyən kiçik iqtisadi “məqsədlərinə çatsa” da (ki, bura “Pokrov” meyvə-tərəvəz bazasının bağlanmasını əlavə etmək olar E.A) itirəcəyi daha böyük ola bilər. Belə ki, Kremi, bu cür cılız oyunlarla Azərbaycanın Gömrük İttifaqına üzv edə biləcəyi inandırıcı görünmür. Əvvəla ona görə ki, rəsmi Bakının, İrəvanla eyni ittifaqda addımlaması mümkünsüzdür. Digər tərəfdən isə Azərbaycana, Rusiyadakı azərbaycanlıların deportasiya edilməsilə hədə-qorxu gəlmək artıq arxada qalıb. Çünki, bu gün Azərbaycanın iqtisadi durumu əsas verir ki, sözügedən dövlətdən depor edilən vətəndaşlarımızı işlə təmin etsin. Belə olduğu halda təbii olaraq Rusiyanın daxilində ictimai narazılığın böyüməsi mümkün hesab edilir. Azərbaycanlıların Rusiyadan depor edilməsi Moskva və digər şəhərlərin bazarlarının boşalması deməkdir ki, bu da rusların sözün həqiqi mənasında “bazar aclığına” düçar olması deməkdir. Vəziyyətin belə bir həddə çatması isə heç şübhəsiz ki, sadə rusların Putin iqtidarına qarşı birləşməsinə gətirib çıxaracaq. Başqa bir yandan Orxan Zeynalova qarşı hakimiyyətin bu cür qanunsuz davranışı həm də Rusiya dövləti və milləti haqqında beynəlxalq aləmdə mənfi imic formaqlaşdıracaq. Belə ki, dünya xalqları rusları qəddar və qaniçən millət olaraq tanıya bilər. Eyni zamanda Rusiyada sərmayə qoymaq istəyən xarici şirkətlərin bu dövlətdə yatrım etməsi tərəddüd yaradacaq ki, bu da Şimal qonşumuzun iqtisadiyatına ciddi zərbədir. Belə bir müqayisənin nəticəsi olaraq söyləmək mümkündür ki, Kremlin Orxan Zeynalova qarşı və onun fonunda atdığı digər xoşagəlməz addımlar bütövlükdə Rusiyanın əlehinədər.

 Elcin Abdullayev (birlik.az  saytının Qərbşünas-analitiki)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın