Menu
Geri İrəli

Rza & Günel dastanı, yoxsa rəzalət?

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Yanvar 2010 • Baxış sayı: 654 dəfə • 3 şərh

fotoXanlar Xoca

xanlarxoca@gmail.com

Mən indiyədək elə bilirdim ki, təkcə torpaqlarımız işğal altındadır. Amma indi görürəm ki, yox işğal altında olan təkcə torpaqlarımız deyil, adət-ənənələrimiz, mənəviyyatımız da artıq işğal olunub. Amma mənəviyyatımızı işğal edən ermənilər deyil, müasirlik adlı cəfəngiyyatdır ki, ondan bir çoxları öz ədəbsizliyini, tərbiyəsizliyini ört-basdır etmək üçün qalxan kimi istifadə edir.

Hətta keçmiş Sovet dövründə ailədə qız atasının yanında başıaşağı gəzər, gözünə görünməməyə çalışardı, oğul evlənəndən sonra ən azı bir ay atanın gözünə görünməmək üçün gizlənməyə yer axtarardı. Amma indi…

Bir çox qızlar elə atasının gözü qabağında min oyundan çıxır, kimsə iradını bildirəndə isə “ata”ların cavabı belə olur ki, “müasir dövr belə tələb edir”. Müasirlik mənəviyyatı, əxlaqı, adət-ənənəni ayaqlamaq deyil axı. Çılpaqlaşmaq, əlinə mikrofon alan kimi „sponsor“ axtarmaq, dünyaya gətirdiyi uşağın atasını sandıqda gizlətmək, özündən yaşca kiçik bankir oğlu ilə eşq yaşamaq və s. bu qəbildən olan işlər müasirlik sayıla bilməz  Müasir olmaq istəyirsən  get kitab oxu, elm öyrən, olimpiadalarda iştirak elə, xalqını tanıt da dünyada. Müğənni kimi də xalqı tanıtmaq olar e, məsələn Azərin kimi, neçə il Türkiyədə yaşadı, bir dəfə pis bir xəbərini eşidən olmadı, haqqında dedi-qodu yayılmadı, „Çırpınırdı Qara dəniz“ mahnısı ilə bütün Türkiyəni ayağa qaldırdı, Azərbaycan musiqisinin əzəmətini nümayiş etdirdi. Indi təəssüf ki, Türkiyə mətbuatı belə gözəl işlərdən deyil, özünə Azəri qızı deyən Günel Zeynalovadan və onun keçmiş sevgilisi Rza Zərrabdan yazır. Türkiyə mətbuatının gündəmini məhz bu cütlük zəbt edib bu gün. Biri kişiyə yaraşmayan tərzdə qeybət edib xərclədiyi pullardan danışır, o biri də təkzib edə bildiyini təkzib edir, edə bilmədiyini də elə qeybət formasında cavablandırır. Türkiyə isə özünə azərbaycanlı deyən bu insanlara tamaşa edir.

İstər-istəməz sual yaranır: Ay Rza Zərrab, sən bu qədər pul xərcləyə bilirsənsə xalqının kasıb balalarına niyə əl tutmursan, adı olmayan mənasız albom buraxmaqdansa olmazdımı 350 min dolları bir azərbaycanlı qızın təhsilinə yatıraydın, neçə-neçə xəstə uşağın donor tapmasına kömək edəydin, xeyirxah işlər sahibi olaydın? Əgər sən azərbaycanlısansa bu dövlətin Silahlı Qüvvələrə Yardım Fonduna, xeyirxah missiyası ilə tanınan Heydər Əliyev Fonduna bir manat vəsait keçirdinmi? Azərbaycan kişisi sevdiyi qadına çəkdiyi xərci dilinə gətirərmi? Nahaq yerə deməyiblər ki, „uşaq hara, fişəng hara“. Ən heyrətli məqam Günelin atasının səbr nümayiş etdirmək bacarığıdır. Halal olsun. Başqa söz tapmıram deməyə. Kişi gör nə qədər səbrlidir ki, Rza Günel haqqında  „mənim qadınım“ ifadəsni işlədəndə ata qızının hələ ərə getmədiyini sübut etməyə də ehtiyac duymayıb. Yəni ki, onsuz da bilən bilir də, hay-küy salmağın adı yok.

Ötən illərin təcrübəsi göstərdi ki, Günel Zeynalova ya Xocalı soyqırımı günündə şou proqrama çıxmaqla, ya da bələ qeyri-ciddi məsələlərlə Azərbaycanı Türkiyədə „gözəl“ təmsil edir.  Ümumiyyətlə Günel-Rza dueti mətbuatda pis alınmasa da bu duet bizə başucalığı gətirmir. Ona görə də, bütün jurnalistlərə təklif edirəm ki, bundan sonra Azəri qızı Günel yox, sadəcə Günel Zeynalova yazsınlar. Günel bundan sonra öz soyadı ilə tanınmağa çalışsa daha yaxşı olar.

Azəri qızı kimi Türkiyədə Zeynəb Xanlarovanın, Azərinin tanınması kifayət edər. Rza və Günel isə yaxşı olar ki, evə qayıtsınlar. Həm də deyilənə görə, Ebru Rzanı evdən qovub, çöldə qalası deyil ki, evə valideynlərinin yanına qayıtmalıdır. Türkiyədə işləyən, təhsil alan azərbaycanlıların hər gün mətbuatı izləyəndə xəcalət çəkməmələri üçün bu qayıdış çox vacibdir. Bir  də pul xərcləmək və ya mahnı oxumaq üçün elə Azərbaycanda da əlverişli imkanlar var. Yəqin ki, bu fikrimə etiraz edən olmaz…

YAZARIN DİGƏR YAZILARI

“Demokrat” bolşeviklər

Bizim “bakirə” müğənnilər

Kal gavalı

Telebasabas

Əyri güzgülər ölkəsi

Sevgililər günü

Ad günü

Facebook Şərhləndirmə:

“Rza & Günel dastanı, yoxsa rəzalət?” yazısına 3 cavab

  1. imran deyir:

    Ümumiyyıtlə bizdə ən böyük rəzalət Qarabağin itirəlməsinə bizim ümumən laqeyd yanaşmağimizdir. Zenəb Xanlarova ilə Azərin isə heç də mələk deyillər .Sadəcə olaraq çirkabi üzə çixartmayiblar.Zenəb Xanlarova ömrü boyu öz şəxsi marağini,mala-mülkə olan marağini xalqin maraqindan üstün tutub .Azərin nə qədər yaxşi oxusada bizdə olan haqsizliqlarin fonunda səsinin, cinqirinin çixmamasi o səsi mənasiz,faydasiz edir . Daha doğrusu o bundan ora-bura getməklə daha çox özünə fayda verir . Rza ilə Günel haqda isə Bülent Ərsoy haqda olduğu kimi ciddi fikirləşməyə,onlara önəm verməyə dəyməz,çünki əslində xalq kiməsə cavabdeh deyil. .Ancaq dediklərimə rəğmən yazi yaxşidir.

  2. G.Recebova deyir:

    Umumiyyetle hech kim danishmasa yaxshidir

  3. Bahar deyir:

    Gunelle Rzaya gore hec de Azerbaycan biyabir olmur.Turkler getsinler oz sou-biznesdeki mugennilerinin problemlerini hell elesinler birinci.Onlara baxanda bizimkiler yola getmelidi.
    Utanmaga qalandada birinci Ebru Gundes utansin yere girisn ki,ozunden yasca ne qeder kicik oglanla esq macerasi yasayir.Herhala Gunele Rzanin el de cox yasi yoxdu.Ola bilerki,evveler sevibler bir-birlerini.Ayrilanda adi normal insanlar bir-birlerine bohtan atirlar. o ki qadi gundemde olan mugenniler olsun.Rza nece ki deyir e ” qadinim oldugu ucun oan pul xercleyirdim”.Hec olamasa ona gore ayrilandan sonra gerek jurnalistleri yigib Gunele ne qeder pul xerclediyini ,neyenediklerini ve s.danismazdi.
    O ki qaldi Gunele xerclediyi pulu hansisa kasiba xerclemeye —birinci memurlarimiz,milyarder is adamlarimiz bunu elesin.Kiminse cibinden pul xerclemeyi bir terefe qalsin ee,hec olmasa dovletin herhansi is ucun verdiyi pulu menimsemesinler.Neyse,Bu da artiq basqa bir movzudu.

Şərhinizi yazın