Menu
Geri İrəli

Sevgi şairəsindən yeni kitab: “Könlümə sən düşən kimi”

Müəllif: sumqayitxeber.com • Tarix: 2 May 2014 • Baxış sayı: 1,312 dəfə • 1 şərh
Share Button

20219

Azərbaycan Yazıçılar Birliyində “Sevgi şairəsi” Mahirə Əliyevanın “Kӧnlümə sən düşən kimi…” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində şairə xanımın qələm dostları, elm adamları, jurnalistlər və yaxınları iştirak ediblər.

“Xocalı Soyqrımı” ictimai birliyinin sədri, yazar Şamil Sabiroğlu, AYB-nin mətbuat katibi Xəyal Rza, tanınmış satirik şair və jurnalist Heydər Oğuz, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, şair Eldar Səfa və İsmayıl Şıxlı nəslinin nümayəndəsi, tanınmış şairə xanım AYB üzvü Afaq Şıxlı, şairələr Xalidə Xalid, Fərqanə Mehdiyeva və digərləri çıxış edərək müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər.

Çıxışlarda M. Əliyevanını yaradıcılığında əsasən lirik mövzuların yer aldığı qeyd olunub və onun poetik düşüncələri yüksək qiymətləndirilib.

Sevgi şairəsi Mahirə Əliyeva çıxış edərək tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib. Şairə ilk şerini atasının vəfatından sonra 9 yaşında yazdığını, daha sonra isə bir müddət şeiriyyatdan kənar düşdüyündən danışıb. M. Əliyeva 2000- ci ildən yenidən yaradıcılığını davam etdirdiyini məclis iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda yeni işıq üzü gorən “Kӧnlümə sən düşən kimi…” kitabı iştirakçılara ərməğan edilib.

Xatırladaq ki, Mahirə Əliyevanın indiyədək “Sevgi Yarpaqları”, “Sevgi Yarpaqları-II ” və “Damla” kitabları işıq üzü gorüb.

Qeyd edək ki, “Kӧnlümə sən düşən kimi…” kitabına on sozü tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli yazıb.

Facebook Şərhləndirmə:
Share Button

“Sevgi şairəsindən yeni kitab: “Könlümə sən düşən kimi”” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Bu xanım nə vaxtın şairəsi, özü də “sevgi şairəsi” olub? Heç bənzərsiz sevgi lirikası olan Natəvan, Məhsəti xanım, Nigar Rəfibəyli kimi xanım-xatın, gözəl şairələr belə bir “titul” iddiasında olmayıblar. Bəlkə ona da bu titulu İlhamə xanım verib? Bir-iki şeirdən, kitabdan sonra özünə bu qədər vurğunluq qətiyyən başa düşülən deyil. Hanı bəs adicə bir təvazökarlıq? Nizami, Nəsimi, Füzuli, Sarı Aşıq kimi klassiklərdən, Səməd Vurğun, M.Müşfiq, Bəxtiyar Vahabzadə, Əli Kərim, Tofiq Bayram, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Vaqif İbrahim, Vahid Əziz, Baba Vəziroğlu, Nüsrət Kəsəmənl… kimi ilahi sevgi şeirləri yazan şairlərdən sonra döşünə döyüb, mən “sevgi şairəsiyəm” deyərək qabağa durmaq sadəcə ayıbdır! Az-çox hörmət etdiyimiz Vaqif Yusiflinin son illər tənqidçidən daha çox ştamplı “tərifçi”yə çevrilməsi isə təəccüb və acı təəssüf doğurur… Rəhman Orxan..

Şərhinizi yazın