Menu
Geri İrəli

Sumqayıtda gənclər təşkilatlarının fəaliyyətindən narazı olanlar niyə çoxdur?

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyun 2011 • Baxış sayı: 427 dəfə • 9 şərh

Bu günlərdə “sumqayitxeber.com” saytında şəhərimizdə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətini qiymətləndirmək məqsədilə sorğu yerləşdirdik. Sorğu hələ də davam edir. Sayt ziyarətçilərinə “Sumqayıtda gənclər təşkilatlarının fəaliyyəti sizi qane edirmi?” sualı ünvanlanıb. “Xeyr” cavabı verənlər 53 % təşkil edir, ki çox güman ki, bu nəticə sorğu davam etdiyi müddətdə nəzərəçarpacaq dərəcədə dəyişməyəcək. Qismən razı olanlar isə sorğuda iştirak edənlərin 23%-ni təşkil edir. Ümumiyyətlə gənclər təşkilatlarının fəaliyyətindən xəbərsiz olanlar isə 18%-dir.  Razı olanlar isə 6%…

Sorğu hələ də davam etməsinə baxmayaraq hesab edirəm ki, bu rəqəmlər reallığa yaxın rəqəmlərdir. Nəzərə alsaq ki, bu sorğuda iştirak edənlərin müəyyən mənada ictimai fəal insanlardır, o zaman mənzərənin daha da acınacaqlı olduğunu deyə bilərik…

Öncədən qeyd edim ki, bu yazını yazmaqda heç bir qərəzli mövqeyim yoxdur. Sadəcə olaraq gənclər təşkilatları sahəsindəki çatışmazlıqlara nəzər yetirməyə çalışacağam. Eyni zamanda bu sahədə çalışan şəxsləri də açıq polemikaya dəvət edirəm.

Ölkədə 200-dən artıq gənclər təşkilatı dövlət qeydiyyatına alınıb. Bu heç də o anlama gəlmir ki, onların hər biri fəaldır. Onların fəaliyyətini qiymətləndirmək üçün, hər il təşkil olunan gənclər təşkilatlarının sərgisinə diqqət yetirmək kifayətdir. Bu sərgidə 100-ə yaxın təşkilat iştirak edir ki, onların da hamısının fəal olmasını demək doğru olmazdı…Bir sözlə ölkə miqyasında fəal olan gənclər təşkilatlarının sayı barmaqla sayıla biləcək qədər azdır…Elə şəhərimizdə də…

Statistik məlumatlar onu göstərir ki, şəhərimizdə 13 gənclər təşkilatı qeydiyatdan keçib. Lakin bunlardan yarıdan çoxunun yalnız adı var…Daha aydın desəm heç adlarını da eşitməmişik.

Bu təşkilatları bir neçə qrupa bölmək olar…

Yalnız tarixi günlərdə meydana çıxan birliklər.

Yalnız yalnız qrant almaq üçün yaradılmış gənclər təşkilatları…Bunlardan bəzilərinin heç qrant alanda da fəaliyyətini görmək olmur…

Gənclər təşkilatlarının sosial bazası da çox zəifdir. Bütün tədbirlərdə eyni gənclər, eyni simaları görürük. Şəhərdə yaşayan digər gənclərə yönəlik heç bir aksiyalar, tədbirlər keçirilmir. Gənclərin QHT-lərdə içtimai iştirakçılığını təmin etmək üçün də heç bir addım atılmır…Fəal 5-10 gənclərin içində seçilmək hələ o demək deyil ki, şəhərmiqyasında bu gənclər təşkilatı tanınır və qəbul olunur. Saytda və eləcə də sosial şəbəkələrdə apardığımız sorğular da bunu göstərir ki, gənclər təşkilatları şəhərmiqyasında tanınma səviyyəsi çox aşağıdır.

Bu günə kimi ümumilikdə gənclər təşkilatlarının ətrafında 100-dən çox gənc görməmişəm. Yəni bütün gənclər təşkilatları öz ətrafında ümumilikdə 100-ə yaxın gənci birləşdirir ki, bu da şəhərdə yaşayan gənclərin 0,1 faizini təşkil edir. Başqa sözlə desək 1000 nəfərdən 1-ni..999 gənc kənarda qalıb. Bəs onlarla kimlər işləyəcək?

Bunun obyektiv və subyektiv səbəbləri vardır əlbətdə ki..Lakin Gənclər təşkilatları demək olar ki, ən-ənəvi fəaliyyətdən kənara çıxa bilmirlər. Heç bir təşkilat yeni yanaşma ortalığa qoya bilmir. Gənclər təşkilatları fəaliyyətlərini sorğular əsasında qurmur. Daha çox gəncləri öz ətraflarında birləşdirə bilməmələrinin səbəblərindən biri də məhz budur…

Digər tərəfdən fəaliyyət istiqamətlərinin birtərəfli olmaması da müəyyən mənada öz təsirini göstərmiş olur.

Heç bir təşkilatın 3 illik və daha çox müddət üçün strateji planlaşdırması yoxdur. Yəni fəaliyyət demək olar ki, qeyri peşəkarlıq səviyyəsindədir.

P.S gənclər təşkilatlarının rəhbərlərini və eləcə də fəal üzvlərini açıq müzakirəyə dəvət edirəm.

Eyvaz Qocayev

Facebook Şərhləndirmə:

“Sumqayıtda gənclər təşkilatlarının fəaliyyətindən narazı olanlar niyə çoxdur?” yazısına 9 cavab

  1. Cavid deyir:

    Salam. Bu mövzu barədə yazmanız, tam yerinə düşdü. Azərbaycanda gənclər təşkilatları heç bir iş görmürlər. Onların işindən tam olaraq, narazıyam. Mən özüm də bir gəncəm. İstənilən bir gənclər təşkilatının nümayəndəsi, gəlsin, mənə desin ki, nəsə maraqlı bir iş görüblər. 11-ci sinifdə, oxuyarkən, bir neçə dəfə Gənclər və İdman Nazirliyinin Sumqayıt şəhər idarəsində olmuşam. Demişəm: mən bir gənc olaraq, istəyirəm, gənclər təşkilatına( məsələn: “İrəli”)üzv olum. Məndən nömrə aldılar. Dedilər: sənə zəng edib, çağıracayıq. Amma, heç bir zəng olmadı. Neçə dəfə getdim. Hətta, Universitetdə, oxuyarkən getmişəm. Dedim: nə oldu? Hər dəfə nömrə almaqdan başqa heç bir şey olmadı. Gördüm belədi, ondan sonra heç getmədim. Onsuz da, boş şeydi. “Ən məşhur sayılan” İrəli guya nəsə edir. Yığıblar, onun-bunun uşağını ora-bura gedirlər. Deyirlər ki, nəsə edirik. Boş-boş danışmaqdan başqa heç bir şey yoxdur. Həmişə, TV-dən baxıram, hardasa nəsə olur, eyni adamlar danışır. Deyirlər ki, Azərbaycan gəncləri çox fəal, çox müasir, çox savadlı gənclərdi. Mən isə, deyirəm: Azərbaycan gəncləri ən geridə qalmış, ən savadsız, ən mədəniyyətsiz gənclərdi. Mənasız işlərlə məşğul olmaqdan başqa heç bir iş görmürlər.Əgər Azərbaycanın gələcəyi, belə gənclərin əlindədisə, onda gələcəkdən danışmayaq.

  2. vuqar deyir:

    sizinle raziyam,onlar hec bir is gormurler.Etraflarina da tanislarini yigiblar

  3. Ayaz Ata deyir:

    heri heshzad elemirler:-)))

  4. aynur deyir:

    ona gorə genclerimizin hamisi Rosiyaya qacirlar da.

  5. Ramin deyir:

    Bes siz ne isler gormusuz bu problemi aradan qaldirmaq ucun Eyvaz m. ???

  6. Namiq deyir:

    Hormetli Cavid (1-ci rey yazan istifadechi), deyirsen ki, Azərbaycan gəncləri ən geridə qalmış, ən savadsız, ən mədəniyyətsiz gənclərdir. Ozunuz de Azerbaycanda yashayirsiniz ve siz de bu genclerin sirasindasiniz. Sizin 5-10 gencde gorduyunuz hereket ve davranishlar, psixologiya hec de butun Azerbaycan genclerine aid edile bilmez. Bu meselede tamamile yanilirsiniz. Eger ozunuzu bele genclerden sayirsinizsa, o bashqa mesele. Buna qarisha bilmerem. Sizin 1-2 defe ona buna nomre vermeyiniz hec de sizin meqsedli olmaginizdan xeber vermir. Haqqinizi teleb ede bilmirsinizse, onda Azerbaycan genclerinin ne gunahi var?
    Gencler Teshkilatlarinin ishi ile bagli onu deye bilerem ki, Dovlet terefinden mutleq destek olmalidir.

  7. Emin deyir:

    Namiq,

    Qardaşim sən deyasan realliqdan uzaqda yaşayirsan,yada bu realliq onlara sərf edənlərdənsən.Sumqayıt şəhərində hec bir gənclər təşkilati yoxdur.Olan formal xarakter daşiyan kağız üzərində olan saxta təşkilatlardır.Bunlarda hec bir işlə məşğul olmur.
    O ki qaldi gənclərimizə.Sizi inandiriram yaxin vaxtda gənclərimizin adı qalacaq özləri narkotik,icgi,avaraciliq,cinayətkarliq və qumardan yoxa cixaçaq.

  8. Namiq deyir:

    Deyerli gencimiz Emin bey !!!

    Men realliqdan kenarda deyilem, ele realligin icerisindeyem. Onu da deyim ki, men Gencler Teshkilatinin uzvu deyilem, meni qiciqlandiran gencler haqqinda bele realliqdan kenar fikirlerin ve serhlerin yazilmasidir. Meni hec neye inandirmaq lazim deyil, men tanidigim gencler alicenab, bilikli, merhemetli, samballi insanlardir, narkoman, icki aludecisi, avara, cinayetkar, qumarbaz adamlarla oturub durmuram. Realist ve Optimist Olmaq lazimdir, Pessimist YOX.

  9. Arif deyir:

    genclik deyende bizim tanislarimiz yox yasi 18 den 35 kimi olan insanlar nezerde tutulur.narkomaniyaya qarsi en tesirli metod yeni is yerleri olardi menim fikrimce.gencler teskilati gencilyin problemini hell etmir,problemleri hell olunmus genclik muxtelif teskilatlar yaradib daha da guclene bilirler.(menim fikrimdi bu)

Şərhinizi yazın