Menu
Geri İrəli

Uduzmuşluğun professoru qələbənin qurbanlarını hesablaya bilməz…

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2016 • Baxış sayı: 508 dəfə • Şərh yoxdur
Share Button

…və ya olsun bu məhkəmə! Və bitsin Qulu Məhərrəmlinin “professorcasına” iddiaları…

 

Aydın Canıyev, jurnalist-publisist

 

aydin_1461236280Mənim nə Arif Alışanovla, nə də Qulu Məhərrəmli ilə bir izdivacım, nə də bir düşmənçiliyim var. Məşhur bir filmdə deyildiyi kimi, “za derjavu obidno”. Hayıf sözə ki, onu professorlar biədəb edir!

Artıq iki aydır onlayn və print media Arif Alışanov-Qulu Məhərrəmli çəkişməsini gündəmdə daşıyır. Marıqda durmuş “qaragüruh mətbuat qurdları” özlərinə İP yığmaq, maraqlı tərəflər isə pərdəarxası mübarizədə aktivlərinə əlavə xal yazmaq üçün gözəl şans əldə ediblər. Faktiki isə cəmiyyətə daha bir pis nümunə sərgilənir: obyektivliyi və ədalətli olmaqları ilə zaman-zaman önəm verilən insanların sapıntıları – subyektivlik damarı üzə çıxır. Qulu Məhərrrəmlinin verdiyi müsahibədə sayı bilniməyən onlarca, yüzlərcə Az.TV əməkdaşını aşağılamasıyla (“Alışanovun və onun iş tapşırdığı adamların bəsit zövqü əsas götürülür”) bərabər, həm də konkret nifrət və qərəz nümayişi adamı divara çırpır. Qarşılığında göstərilən nümunə isə o qədər iyrənc ki… müxalif qəzetlərdə həmin kanallar və onların rəhbərliyi haqqında hər gün köşə yazarlarının hansısa biri, yumşaq desək, əməlli-başlı irad bildirir.Məqsəd Nur, Vəli Əkbər, Sadıq Elcanlı, Telman Nəzərov, Fikrət Adıgözəlli, Telli Pənahqızı, Ramiz Həsənoğlu, Şəfəq Sultanlı, Eldost Bayramov kimi professionallar nədən bəsit zövqün daşıyıcıları sayılmalıdır? Arif Alışanov neyləməliydi sədr gələndən sonra? Hamını bir kənara atıb ancaq və ancaq dostu Qulu Məhərrəmlinin diqtəsi iləmi işləyəydi? Onda zay çıxmazdı, eləmi?

Digər tərəfdən, Qulu Məhərrəmli özünə dəstək tutduğu mətbu şəbəkə vasitəsiylə davamlı olaraq Az.TV kollektivi və rəhbərliyi haqqında yorulmadan kompromat xarakterli məlumatları yaymağına görə uzun müddət reaksiya verilməməsindən ruhlanaraq telekanalın yubiley dönəmində bütün cəbhəboyu hücuma keçərək yetənə yetib, yetməyənə də daş atıb, nəhayətdə Arif Alışanovu əməlli-başlı təhqir edib. Bu tip “teletənqidçilik” nəinki oxucu və vətəndaş olaraq mənə, heç cəmiyyətə də xoş deyil. Artıq adamlar Qulu Məhərrəmlinin Arif Alışanovla doqquz illik düşmənçiliyinə şahidlikdən beziblər. Bir-iki istisna olmaqla, Qulu Məhərrrəmlinin elə bir iradı yoxdur ki, elə öz müsahibəsindəki faktlarla cavabı verilməsin. Az.TV-də iş və səlahiyyət verilmiş əməkdaşların qeyri-ixtisasdan olmaları xüsusi şəkildə qabardılır, halbuki bu ittihamda bulunan media rəhbərlərinin tam əksəriyyəti allah bilir hansı dərədən jurnalistikaya gəliblər. Nonsens odur ki, digər kanallarla müqayisədə məhz Az.TV üçün bu irad yersizdir. Az.TV sədri olmuş Nizami Xudiyevə sual veriləndə ki, siz televizyonçu deyilsiniz, sizə burda rəhbərlik etmək çətin olmaz ki? Cavab dəqiq yadımdadı: “Mənim tələbələrim burada işləyə bilirsə, mən də işləyə biləcəm”.

Hər dəfə ümumi iradlarla içindəki kini və qəzəbi tirajlayan Qulu Məhərrəmli əslində dediklərinin içində olan həqiqəti də urvatsız etmiş olub. Heç kim Az.TV-nin müasir tələblərə cavab verən ideal telekanal olması qənaətində deyil. İş olan yerdə nöqsanlar da olur və həyata keçirilən islahatlardan hansısa biri uğursuz da alına bilər. Lakin “gəncləşdirmə adı ilə oraya xeyli naşı və təfəkkürsüz adamlar doldurulub” demək hansı etikaya sığır? Bu fikrin özü nə qədər tənqididir? Zaman-zaman telekanallarda yeni simaların eksperimenti alqışlanıb. Və yüzdən birində telekanalın sifətinə çevrilən olub. Belə olduğu təqdirdə, Qulu Məhərrəmlinin də Az.TV-də can qoyduğu illərdə nə qədər uğursuz kadrların olduğunu xatırlatmağa ehtiyac varmı?

Tam nifrətə layiq yubiley açıqlamasına cavablar gəldikdə isə tolerantlıq nümayiş etdirməkdənsə, adekvat cavaba ”mən hansısa əxlaqsızın vəzifəsindən sui-istifadə edərək asılı və zavallı adamları mənəvi cəhətdən istismar etməsi barədə heç nə deyə bilmərəm” söyləyən Qulu Məhərrəmli hansı üzlə ölkənin üzdə olan simalarına bəyanat imzalatdırır ki, o təhqir yox, tənqid edib?

Və mənə çox maraqlıdı ki, görəsən İlyas İsmayılov və Sabir Rüstəmxanlı onlarla dost və silahdaş olub sonradan tərk etmiş adamın bu deyiminə necə reaksiya verərdilər: “Bu köhnə mövzu olsa da, əlbəttə, mən bu adamla nə vaxtsa yaxın olmağımı dana bilmərəm və o vaxtkı Alışanov haqqında da yalnız yaxşı şeylər deyə bilərəm. Amma bilirsiniz, hamının zay çıxan dostu ola bilər, o cümlədən mənim də (gülür). Təəssüf ki, Alışanov sədr kreslosunda təkcə məni yox, onu tanıyanların çoxunu təəccübləndirdi. Feodal düşüncəsi, əcaib idarəçiliyi, kobudluğu, məkrliyi, şərə xidməti, qeyri-adekvat və impulsiv davranışları ilə nələrə “qadir olduğunu” üzə çıxartdı. Bir də bu adam insan xislətinin nə qədər mürəkkəb olduğunu və bir də insan yaramazlığının nə qədər tükənməz potensiala malik olduğunu göstərdi”

Qəbul edərdinizmi bu təhqiri tənqid yerinə, cənab İsmayılov, möhtərəm Rüstəmxanlı? Və necə baxardınız Sizi bu cür dəyərləndirmiş sabiq dostunuzu dəstəkləyənlərə? Elçin Şıxlını başa düşmək olar, o hətta vətənə xəyanətdə suçlananı da müdafiə etmək qədərincə cəsarətlidir. Amma axı…

Ədalətli olmaq hər an vacibdir. Ədalətli olmağın variantları və situasiyası olmur. İstisna hallar artıq fəlsəfə mövzusudur.

Və mən bu yazını yazmazdım. Əgər bir qrup ziyalı adından müraciəti və oradakı imzaları görməsəydim. Çünki mən özüm də Arif Alışanovu tənqid etmişəm. Yalnız bir dəfə. Day Qulu Məhərrəmli kimi qərəz və kin nümayiş etdirməmişəm. Çünki Qulu Məhərrəmlidən fərqli olaraq mən bilirəm ki…

1978-ci il. Ukraynanın Lvov şəhəri. Gənc jurnalistlərin qurultayı. Cavan yazarlara necə və nə cür, nədən necə yazmaq haqqında pambıq əkini və yığımıyla bağlı problemləri işıqlandırdıqları üçüncü yazıdan danışmağa başlayan “Pravda” qəzetinin baş redaktoru Afanasyevin nitqinə Mərkəzi Komitənin aidiyyatı üzrə katibi müdaxilə edir və çox aydın, həm də kəskin şəkildə irad tutur: “Tovariş Afanasyev, “Pravda” doljen napisat odin raz, i problem doljen bıt reşen”.

Adam bir adamdan, bir problemdən bir dəfə yazar (Əgər orada həqiqətən bir problem varsa). Qulu Məhərrəmli müsahibəsində və iddialarında həddən ziyadə qırmızı xətti keçməklə borcludu ki, havaya dediklərini təsdiq etsin. Bu onun söz və cəmiyyət qarşısında borcudur. Onu da ki, şərləyib içəri qoyub müdafiə imkanından məhrum etməyiblər! Qoy arqumentlərini ortaya qoysun. Həm professorluğunu, həm də tənqidçiliyini. Məhkəmə praktikasında da “Qulu Məhərrəmli presedenti” layiqli yerini alsın!

Bir jurnalist kimi mənə maraqlıdır: uzun müüddət bir insanı hədəfə alıb cəmiyyətdə ikitirəlik yaratmaqla bütün yaxın və uzaq dostları cəbhələrə ayırmağa ictimai don geyindirməklə, özünün patriot obrazını yaratmağa nail olmuş adam tələyə düşəndə suallara nə qədər sərrast cavab verə bilir! “Göbbels təbliğatı” hər zaman “ariliyin” məğlubiyyətinə aparıb.

Bu yaxınlarda sosial şəbəkədə rast gəldiyim bir fikirlə yazıya son qoyuram. İndiki halda Qulu Məhərrəmlinin çabalarını tam açıqlayan bir fikir sayıram: “Стремление к саморазвитию проистекает из «нарциссических» желаний, то есть представляет собой склонность к самовозвеличению и превосходству над другими”.

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın