Menu
Geri İrəli

Ürəyindən yaralandı və ürəkləri yaralayıb getdi

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Aprel 2015 • Baxış sayı: 966 dəfə • Şərh yoxdur

img1796793

AZƏR MƏMMƏDOV 

Ölsəm şaşırma, ölə bilərəm… yazırdı türk şairi Ümid Yaşar Oğuzcan. Şaşrdıq, üzüldük ölmünə Azər Məmmədovun, həm də necə. Dərk edə bilmirik ki, bu cür mərd insan daha aramızda yoxdur. Heç vaxt da olmayacaq. Mətbuatda oxuduğum bir xəbər məni çox sarsıtdı. 21 apreldə Avropa hotelində qətlə yetirilən Azər Məmmədov bir Zəngilan gənci idi. Mən də bir həmyerli kimi onun faciəli və vaxtsız ölmünə biganə qala bilmədim. Kim idi Azər? Hara tələsirdi? Özü də ömrün bahar çağında, ilin bahar fəslində. Azər Məmmədov gənc iqtisadçı, Azərbaycan Dövlət iqtisad Universitetinin məzunu, Zamin bankın Nəsimi rayon filialının müdiri idi. Azər – Məmmədovlar nəslinin fəxr ünvanı idi.

Yaxşılıq etmək istəyərkən öz həyatını hicran dənizinin bəyaz sahillərinə atdı. “Həyat-andır” deyib Çexov. Bəlkə də düz deyib yazıçı. Azərin “ömür kitabı”na baxanda düşünrsən Çexovun bu fikri orijinal bir konsepsiyadır. Azər də “Ömür kitabı”na taleyinin yaddaşını köçürtdü. . O, bu həyatda 30 illik ömür yolunu yaşayaraq tələsdi. Mətin addımları ömür karvanına əbədi bir yol seçdi. Öz yolunu seçən Azər ürəyindən yaralandı və ürəkləri yaralayıb getdi. Nakam gedən Azər ailsəinə , əzizlərinə ömür boyu unudulmayan bir kədər buraxdı.

30 yaşlı subay Azər! Toyları çox sevərdi, dost toyundan qalmazdı. Özü isə bu həyatdan toysuz getdi. Ancaq valideynləri onu evlərindən toy sədası, xonçalarla yola saldı. Bəli, belə bir ağır izdiham! Azərə bu cür yola salınmaq yaraşırdı. Ona görə ki, Azərin ömür karvanı qəm karvanına bürünüb köçürdü.

Fikrimi dilçi alimlərdən birinin sitatı ilə davam etdirmək istəyərdim: “Həyat gerçəklərdən ibarətdir, ya da nağıllardan” (Akademik Tofiq Hacıyev) “Gerçək gerçəklikdir, nağıl da nağıldır. Gerçəkliyin gerçəkliyinə söz yoxdur, o, gözəldir. Hərə bir gerçək ömür yaşayır, bəzən isə insanlar gerçək ömürləri ilə bahəm, bir nağıl ömrü də yaşayırlar. Azər Məmmədovun ömrü kimi. Sanki bir quş kimi əllərdən, evlərdən uçdu getdi. Tanrı dərgahına köç edən insanlar əlçatmazdır. M.Müşfiq 29 il yaşadı. Lermantov 27 il, məşhur riyaziyyatçı Qalua cəmi 18 il, Cəfər Cabbarlı 35 il Vaqif Səmədoglunun fikirləri süzülür yaddaşımdan: “Mən heç vaxt şeirlərimin sonuna nöqtə qoymuram. Ümumiyyətlə, nöqtəni sevmirəm.

Qəribə bir sonluq əhval-ruhiyyəsi yaradır. Vergül ona baxanda daha insaflıdır. Ən azı, ardınca davamiyyət tələb edir. Mən hətta Allahdan da arzu edirəm ki, öləndə belə mənə nöqtə qoymasın”. Bəli, onsuz da ölüm bütün istedadlı və məgrur insanların ömrünə nöqtə qoya bilmir.

Ölüm nöqtə deyil ki.. Müxtəlif anlamlarda belədir. Yəni təkcə O dünya mənasında demirəm… Ölüm gələr… sonra başqa yerlərdə yaşam başlar…. Məsələn, insanlar şəkillərə köçərlər… Orda yaşar, ordan boylanarlar bizə… Lentlərə köçərlər… Xatirələrə köçər, hər zaman özümüzlə gəzdirdiyimiz ən dəyərli əmanətə çevrilərlər… Sözləri, əməlləri, arzuları, fikirləri ilə…Yaşarlar…. Yox olmazlar… Ölməzlər.. Yaxşı ki, yaxşı dostlar, xeyirxah insanlar, Azər qədri bilənləri var. Onu unutmağa qoymayan yaxınlar var.
Məncə, böyük ehtiramla Azərin ruhu qarşısında baş əyməyə dəyər… Allah rəhmət eləsin.
TƏRANƏ ŞÜKÜRLÜ Filologiya üzrə fəlsəfə doktoru, dosent

Facebook Şərhləndirmə:

Şərhinizi yazın