Menu
Geri İrəli

Xəyanət

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyun 2010 • Baxış sayı: 373 dəfə • Şərh yoxdur

Xəyanətdə qadın yaxşısını, kişi yenisini axtarır (Morin Merfi)

İnsanlar arasında yaşanan qeyri-bərabər sosial münasibətlər arasında qadın xəyanətləri də xüsusi sürətlə irəliləyir. Keçmişdə bu barədə nəinki yazsaydıq, hətta danışsaydıq bizi milli mentaliteti təhqir etməkdə qınayardılar. Yaşadığımız indiki cəmiyyətdə inanmıram ki,«qadınlar da xəyanət edir» ittihamının kimsə mübahisə etmək istəyər. Qadın və kişi ehtiraslılığı bir-birindən çox fərqlidir. Kişilərdə sevgi hissi qadınlara nisbətən “istəmək” məfhumuna daha çox meyllidir. Yəni jurnalın üz qabığındakı çılpaq qadın şəklinə baxan kişi onu arzulayar. Qadınlara gəldikdə isə, onlarda əsas  sevgi və hisslər daha çox önəmlidir, şəhvət hissi isə bunu tamamlayan bir nüansdır. Ona görə də qadınlar üçün «Playboy» jurnalı elə də aktual deyil. Kişiylə qadın arasında münasibət qurmadan öncə, ilk olaraq qadın onu tanımağa çalışır. Qadın kənarada da daim sevgi axtarışındadır, hətta aildədən kənarda da. Bu cür  situasiya qadın və kişi arasında münasibətlərin  mürəkkəb hal almasına gətirib çıxarır. Heç də  dünya durub qadın xəyanətinə laqeyd münasibət bəsləmir. Buna sübut kimi döyülənlərin, öldürülənlərin, itkin düşənlərin sayının artmasını göstərmək olar.

Virtual xəyanətlər

Ən böyük xəyanətlər meydanı

Yaşadımız komyuter əsrində texnikanın inkişafı xəyanətin yeni növlərini də meydana çıxarıb.  Komyuterin olan evlərdə evli kişi və qadınların əksəriyyəti virtual aləminin əsirinə çevriliblər.  Belə ki, müxtəlif çatlar və intim əyləncələrə meyl göstərənlər bunu xəyanət saymırlar.

Onların yoldaşları bundan xəbər tutursa, əsas məsələ də elə bundan sonra başlayır. Virtual meydan vasitəsinin inkişafından sonra artıq gizli  görüşlərə, çirkli ucuz otellərdə otaq tutub görüşməyə ehtiyac da olmur. İş o yerə çatıb ki, ər və yaxud  bir otaqda olanda da virtual xəyanət etmək imkanı olur.  Belə getsə bir azdan internet ən böyük xəyanətlər meydanına çevriləcək.

tənhalıq qorxusu bəlkə də milli fəlakətlərdən biridir. Vaxtı keçib deyən kimə gəldi ərə getmək istəyi də bəlkə də burdan yaranır. Hərdən mənə elə gəlir ki, evdə qalmış qızlarımız gələcəkdə olacaq, hələ yaşanmamış xəyanətləri gözlərinin qarşısına gətirib ərə getməkdən çəkinirlər. Axı bütün cəmiyyət onları ittiham edəcək ki, yaxşı olsaydın kişi gəzməzdin. Yaşlı qadınlarsa yol göstərmək əvəzinə «kişidir, ona olar» deyəcək. Qızlarımız da tənha gecələrini, göz yaşları və uşağını tək böyütmək qorxusunu gözünün qarşısına gətirib ərə getmək fikrindən daşınır. Qadın ailə siyasətinin diplomatıdır. Yaxşı olarsa, sakitlik, əmin-amanlıq hökm sürər. Ailə cəbhə deyil ki, burda sizinkilər və bizimkilər olsun. Burda heç nəyi və heç kimi qurban vermək olmaz.

P.S.  Qadın o qədər qəribə məxluqdur ki, sənə xəyanət etməmişdən bir neçə gün əvvəl artıq sənə yazığı gəlir.

Ramil Zeynallı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın