Menu
Geri İrəli

Xəzərdə sunami…

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyun 2010 • Baxış sayı: 545 dəfə • 2 şərh
Share Button

207543cd5515Daşqın bölgəsində vəziyyət hələ də “rusca”dır . Məlumata görə, su basmış ərazilərdə malyariya yayılması təhlükəsi var, bəlkə də təhlükə artıq reallaşıb. Problemin aradan qaldırılmaması belə nəticəyə gəlməyə qənaət yaradır ki, ölkədə aidiyyəti qurumlar fərsizliyini etiraf edir. Bölgədəki suyu qurutmaq, daha doğrusu hansısa əməli addımlar ataraq problemi çözmək əlimizdən gəlmir. Hələ kompleks tədbirlər planı hazırlanması barədə müzakirələr aparılır, regionda nüfuz üstündə məmur savaşı gedir. Halbuki hadisələrin ən qaynar vaxtlarında ölkə başçısı bölgədə səyyar müşavirədə tapşırıqlar və göstərişlər vermişdi və demək olar ki, o zaman “irili-xırdalı” nazirlərin hamısı ərazidə vurnuxur, özlərini suya-lilə vururdular. Bu gün isə həmin canıyananlar kondisionerli otaqda oturub yayın bürküsündən mühafizə olunurlar.

Çadırlarda  yaşayan məcburi sel köçkünləri isə şabalıd kimi qovrulurlar, hər gün günvurma, hər gün müxtəlif təhlükə. Toxun acdan nə xəbəri deyirlər. Deyəsən ki, su problemi də Qarabağ məsələsi kimi qloballaşacaq. Bəlkə suya, selə də ekstremist, daşnak, işğalçı adı qoyaraq onu Haaqa məhkəməsinə verək?

Ölkədə hər hansı bir zadı tətbiq etməyə başlanırkən dünya təcrübəsindən istifadə ediləcəyi barədə “kəhkəşanlı”(sözü yenicə kəşf etmişəm) fikirlər söylənilir. Amma suyun daşqın bölgəsindən təmizləməkdə heç 3-cü dünyanın təcrübəsindən də istifadə olunmur. Dədə-baba qaydası ilə suyun çəkilməsini, qurumasını gözləyirik, yəni isti olsun su buxarlansın. Fizikanı əla bilməsəm də, bir onu bilirəm ki, buxarlanan su göydə yenə yağış damcılarına çevriləcək, nəticədə yağış, bəlkə də leysan yağacaq ki, itirilmiş su yenidən bərpa olunacaq. Yəni adi kondensasiya prosesini bilmirmi bizim başbilənlər?

Çox təzadlı nüanslar ortaya çıxır. Xatırlayırsınızsa, 2007–ci ildə paytaxtda hünürmərtəbəli bir bina uçmuşdu və uçqunların altında sağ insanlar qalmışdı ki, onların da xilasına ümid var idi. Lakin təəssüflər ki, FHN-çilərimiz başarısız oldular və həmin insanların həyatını xilas etmək mümkün olmadı. Bir onu bilirəm ki, biz fövqalədə hallara hazır deyilik. Tanrı bizi fövqəladə hallaran qorusun!

Haşiyə: Bu yaxınlarda həmkarımla bəlkə də səfeh, amma maraqlı bir fikir mübadiləsi oldu. Həmkarımla dəniz ləpədöyənində “kafa dinlərkən” ortaya belə bir sual çıxarıldı. ”Bu dəqiqə çox hündür sunami gələrsə neyləyərik?” Biz cavab tapa bilmədik, bəlkə siz biləsiniz, Fövqəladə Hallar Nazirliyi? Çox-çox xahiş edirəm cavabı e-mailimə göndərin ki, işimizi bilək. Qəfildən Xəzərdə sunami-zad olar, qalarıq məəttəl. Tədbir bilsək başımızın çarəsinə baxarıq.

Kömək üçün sizə Coğrafiya” dərsliyinə müraciət edə bilərsiniz. Özünüzü dağa-daşa salmayın. Sadəcə oxumaq lazımdır.

P.S. FHN- in qulağından və gözündən uzaq, Xəzərdə sunami olmur. Siz bilin, qoy onlar axtarsınlar cavabı.

Facebook Şərhləndirmə:
Share Button

“Xəzərdə sunami…” yazısına 2 cavab

  1. Ramil deyir:

    Qardaş kimlərinsə balıq vətəgələrinin ucbatından qara camaatın evləri sua altında qaldı. Bu daşqınlarda itirən ancaq kasıblar oldu. Dişi ilə dırnağı ilə yığdıqları bir günün içində tari mar oldu. Kimlərsə dolu olan ciblərini daha da doldurdular. Görəsən bunların cibləri nə boydadır ki, yığdıqca dolmur?

  2. Ramil deyir:

    Dövlət televiziyası AZTV isə bəh-bəhlə fəlakət zonasında hər şeyin yaxşı olduğunu deyir.

Şərhinizi yazın