Menu
Geri İrəli

Yuxu

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2010 • Baxış sayı: 783 dəfə • 6 şərh
Share Button

Nuranə ABBASOVA

905fa0582c34İnsanlar məni görmür. Qışqırıram səsim çıxmır, yerimək istəyirəm ayağım tutmur. Başımdın üzümə qaynar və qatı qan axır. Anam tez məni həkimə aparır. Çoxlu ağ xalatlar, çoxlu xəstələr, iniltilər… Həkim başımdakı qanı yuyur, üzümü təmizləyir, məni evə göndərir. Yarı yolda özüm özümü görürəm. Sifətimdə hələ də qan izləri var. Nədənsə tez atama zəng edirəm:

-Ata, üzümdə qan ləkəsi var!

Atam:

-         Tez mənə zəng elə.

-         Ata, axı mən səninlə danışıram.

-         Dedim ki, mənə zəng elə.

-         Ata…

Anamın yanına qaçıram:

-         Ana üzümdəki qan hələ getməyib, çox istidir, incidir.

-         Atanla danış!

-         Danışa bilmirəm, axı!

-         Dedim ki, atanla danış!

Evə doğru qaçıram. Qapımızı tələsə-tələsə döyürəm. İçəridən qəribə səs gəlir. Kim isə avazla Quran oxuyur. Çöldən qışqırıram:

-         Kim var içəridə?

Qapımız açılır. Içəri keçməyə qorxuram:

-         Axı kim var içəridə?

Cəsarətimi toplayıb keçirəm içəri. Qəribədir otaqlarımız bomboşdur. Tez telefona tərəf qaçıram. Atama zəng edirəm.

-         Qızım, mənə kömək elə…

Səs yenidən kəsilir.

Qapımız döyülür, tez oyanıram. Ağ xalatlı həmin həkim:

-         Aşağıda yaralı bir xəstəniz var.

Qaçıram aşağı. İnana bilmirəm- Atam…

YAZARIN ÖNCƏKİ YAZILARI

Metro ticarəti
Hazırsanmı?

822, 853, 874 və 884

Səhv düşəndə yerimiz

Həyat dəyişir

İllər görmüşdükmü bu illər kimi…

Oyun başlandı

Zəhərə və zəhmətə davam!

Əsrlərin “Molla”sı

Facebook Şərhləndirmə:
Share Button

“Yuxu” yazısına 6 cavab

  1. Bahar deyir:

    Bu hadise dogurdan olub goresen?
    Men de tez-tez yuxu goren adamam.Hele deyim ki serial kimi gorurem yuxulari.Qorxulu,fantastik ves.Coc maraqlidi e,herden adini esitidyin amma uzunu gormediyin adami yuxuda gore bilirsen.Ya da gah gorursen oz evindesen,gah da ne bilim Afrikada ve s .
    Mene tesir eleyen yuxulardan atamin,bir de yoldasimin olduyunu gormek olub.Yoldasmin olduyunu o qeder canli gormusudm ki,herden deyirme ki,le bil real heyatda yasadim onu bir anliq.Cox dehsetli idi.Tesevvur edin ki,yuxuda deyirdim ki,kas yuxu olaydi bu.Amma onun artik olmadigini,olduyunu bilende deli olurdum..
    Ele adam var ki,yuxusu deyir cin cixir.Men sinamamisam duzu.Sen Allah duz cixmasin hec.Yuxuda gorendeki,tanidigim admain basina nese pis is gelir meselen,o yuxunu o adama danismiram d ahec.Birden ureyine salar,fikir eder.Meni de yuxuda gorenler olur.Cox vaxt da deyilene gore ozumu dagdan ne bilim hardan atiram.indinin ozunde de kimse mene deyendeki seni gormuse yuxudan deyirem : indi hardan atirdim ozumu?
    Yuxulari yozmuram umumiyyetle,yozsam da ozume serf eleyen,yaxsi terefe yozuram.Hmm bele.

  2. Nurane deyir:

    Bahar xanim,burada realliqla fantaziya bir yerdedir.hansi hissenin real,hansinin fantaziya oldugunu istemirem hec kim bilsin.here ozune gore nece qebul etmek isteyirse elece de qebil etsin.TESEKKURLER

  3. renat deyir:

    paronoya (sizofreniya xəstəliyinin bir tipi)

  4. Recebova Gunel deyir:

    hmmm esas odur ki, axira qeder ozumaga mecbur oldugun bir yazidir maraqlidir

  5. Pero deyir:

    Bu yazinin adini YUXU qoymasaydin dah yaxshi olardi.onsuz da intizrla sonlughu gozleyen oxucu uchun daha maraqli olardi ki, birden melum olsun ki, bu yuxudur.her halda maraqlidir.burdaki ikinci yazinda yene de QAN var…. Men qaranligha qacdighim kimi, sen de deyesen QANi sevirsen))))

  6. Nurane deyir:

    Pero,Vampir deyilem ha

Şərhinizi yazın