“Arzu Nağıyevin sözünə sonacan əməl edəcəyinə inanıram”

1454

Hörmətli seçicilər, tədriclə seçki marafonu finişə doğru inkişaf edir. Bir çox seçicilərə o da bəllidir ki, seçkilər sona çatdıqdan sonra namizədlər tərəfindən verilən bütün vədlər unudulur, hər kəs çəklir öz kabinetinə, iş otağına. Hər kəs öz kreslosuna yiyələnir və… bununla da növbəti seçkilərə qədər hər şey bitmiş olur… sükut dövrü başlayır.

Mən namizədlərdən kimisə birmənalı şəkildə ideallaşdırmaq fikrindən uzağam, sadəcə, mənə bəlli olan, əmin olduğum bir həqiqət var- Arzu müəlliım Nağıyev mahiyyəti etibarı ılə yarımçıqlığa, natamamlığa zidd bir şəxs, bir şəxsiyyətdir.

İndiyə qədər kənd-kənd, ev-ev gəzdiyi yaşayış yerlərində görüşdüyü insanlara, yəni potensial seçicilərə, nəyi söz veribsə, hansı məsuliyyəti öz üzərinə götürübsə, nəticə müsbət olacağı halda, əgər siz məsələyə daha anlaşıqlı yanaşaraq səsinizi ona versəniz, mütləq sözünə sonacan əməl edəcəyinə inanıram.

Tanıdığımiz illər ərzində bir dəfə də olsun, əgər ona işimiz düşüb, müraciətimiz olubsa, bizi naümid qoyduğunun şahidi olmamışıq. İnanıram ki, bu dəfə də öz əqidəsinə, illərlə əldə etdiyi yetkin xarakterinə zidd getməyəcək, imkanları daxilində seçicilərin, bütövlükdə xalqın, vətənin rifahi naminə əlindən gələn hər birişi ardıcıl olaraq və tam məsuliyyəti ilə icra edəcəkdir.
Bu yolda bütöv insana, ləyaqətli politoloqa, siyasi şəthçiyə və nəhayətdə, seçicilərin ümidlərini doğrultmaq yolunda siyasi meydana atılan , 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Arzu Nagiyevə başladığı işində uğur və ləyaqətli qələbə arzulayiram.

Hörmətlə
Mikayıl Bozalqanlı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər