ATƏT-in Bakı Ofisinin rəhbəri Sumqayıtda olub

731

 

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay bu gün Sumqayıtda fəaliyyət göstərən Hüquq Resurs Mərkəzində olub. ATAT-in Bakı Ofisindən APA-ya verilən məlumata görə, səfərin məqsədi ATƏT-in dəstəyi ilə fəaliyyət göstərən mərkəzin işi ilə yaxından tanışlıq və gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmək olub.
K. Tarqay bildirib ki, ATƏT-in Bakı Ofisi 2007-ci ildən etibarən Sumqayıtdakı Hüquq Resurs Mərkəzinin fəaliyyətini dəstəkləyir. Görüş zamanı, Sumqayıt Resurs Mərkəzinin rəhbəri Əsabəli Mustafayev qurumun fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, 2011-ci il ərzində mərkəzin qaynar xəttinə 112 zəng daxil olub. Resurs mərkəzinin hüquqşünasları 132 vətəndaşa mülki və inzibati işlər, 248 nəfərə isə cinayət işlərə dair hüquqi yardım göstərib. Səfər zamanı həmçinin yerli QHT-lərin təmsilçilərinin iştirakı ilə dəyirmi masa keçirilib. Təxminən 10 QHT təmsilçilərinin qatıldığı tədbirdə, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu səfər Azərbaycanın ATƏT-ə qoşulmasının 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində təşkil olunub. ATƏT-in Bakı Ofisi aprelin 16-dan başlayaraq, iki həftəlik məlumatlandırma və maarifləndirmə tədbirləri həyata keçirir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər