Atası ilə küçədən zibil toplayan Anjelina məktəbə başladı – FOTO

908
Bakı Şəhər Təhsil İdarəsi atası İlqar Vasilyeviçlə birlikdə zibil yığan 10 yaşlı Anjelina barədə məlumat yayıb.

İdarədən “Ölkə.Az”a bildirilib ki, Raskopa Anjelinanın təhsil məsələsi Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin operativ müdaxiləsi nəticəsində həllini tapıb:

“Bu gün 10 yaşlı Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə Fərdi Təhsilə cəlb edilib. Təhsil Nazirliyi və BŞTİ-i adından Anjelinaya məktəbli ləvazimatları və çanta təqdim olunub. Həmçinin, məktəbliyə yeni dərsliklər verilib. Məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünəinamının artırılması üçün onunla xüsusi məşğul olacaq”.

Qeyd edək ki, Zabrat qəsəbəsində yaşayan Anjelina və atası ailənin gündəlik xərcini zibil toplayaraq qazanır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər