Avqusta xas olmayan sərin havalar davam edəcək

904

Metroloq dözülməz istilərin qayıdışı mümkünlüyündən danışdı

İyul ayı dözülməz Afrika istiləri ilə yaddaşımıza həkk oldu. Avqust isə gələr-gəlməz boz üzünü göstərdi. Yayın ən isti aylarından hesab edilən avqustda sanki payız havası hökm sürür.

İyulda işləyib, avqustda məzuniyyətə çıxacaq adamların çimərlik planları fiaskoya uğradı. Maraqlıdır, bundan sonra dözülmək istilər olacaq, ya avqust belə sərin keçəcək?

Bir çoxlarını düşündürən bu suala cavab tapmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovaya üz tutduq.

Gülşad Məmmədova ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan G.Məmmədova bildirdi ki, yaxın günlərdə temperaturun 2-3 dərəcə yüksələcəyi gözlənilir: “Dünən (srağagün – red.) və bu gün (dünən -red.) paytaxtda şimal küləyinin arabir güclənməsi müşahidə edilib. Havanın temperaturunda 26-29 dərəcə arasında dəyişiklik müşahidə olunur. Eləcə də bölgələrdə ayın 13 və 14-də qeyri-sabiq hava şəraiti müşahidə olunur. Ümumiyyətlə, ölkə ərazisində yaxın 2-3 gün ərzində, yəni 16-dək qeyri-sabit hava şəraiti davam edəcək. Bu gündən etibarən güclü şimal-qərb küləyi gözlənilmir. Arabir yağış yağacaq. Bəzi yerlərdə yağışlar leysan xarakterində olacaq. Avqustun 16-sı və 17-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində qısa yağmurlu keçəcəyi gözlənilir. Hava temperaturuna gəldikdə isə temperatur rejiminin ayın 14-ü ilə müqayisədə tədricən 2-3 dərəcə yüksələcəyi gözlənilir. Bu günlərdə havanın temperaturu 26-28 dərəcə arasında dəyişirsə, ayın 16-dan sonra temperatur 30-33 dərəcə arasında dəyişəcək”.

Dözülməz istilərə gəlincə, metroloq hələlik gözlənilmədiyini deyir: “Ayın ikinci on günlüyünün sonlarına doğru temperaturun yenidən 2 dərəcə aşağı düşəcəyi gözlənilir. Son 10 -15 illə müqayisə etsək, nisbətən sərin avqust ayı kimi xarakterizə olunur. Bölgələrdə, əsasən də dağlıq rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur. Eləcə də paytaxtda şimal-qərb küləyinin üstünlüyü müşahidə olunur. Hələ ki dözülməz istilər gözlənilmir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər