AVROPA MƏHKƏMƏSİ FLORA KƏRİMOVANIN İDDİASINI TƏMİN EDİB

787

Sentyabrın 30-da Azərbaycanın xalq artisi Flora Kərimova “Media forum” saytına açıqlama verib.

Avropa İnsan Hüquqları Məhkəməsi bu gün xalq artisti Flora Kərimovanın 2005-ci ilin parlament seçkisi ilə bağlı şikayəti üzrə qərar çıxarıb. Məhkəmə Flora Kərimovanın Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş bir çox hüquqlarının pozulduğunu tanıyıb və Azərbaycan dövlətinin müğənniyə ümumən 59 min 100 avro təzminat ödəməsinə qərar verib.

Flora Kərimova məsələni Avropaya qədər təzminata görə qaldırmadığını qeyd edib: “Bütün bu haqsızlıqlar mənim başıma gətirilib, mənim yerimə cavabı da Avropa Məhkəməsi verdi. Bircə ona çox ürəyim yanır ki, bizim bu durumda hökumətin boynuna əlavə xərc yükləndi. Əgər yerli məhkəmə instansiyaları hüquqlarımın pozulması ilə bağlı düzgün qərar çıxarsaydı, yekunda Azərbaycan dövləti xəcalət çəkməzdi. Gərək yerli məhkəmələrimiz insan hüquqlarının pozulması məsələsinə qanunvericiliklə yanaşsınlar və elə hökm çıxarsınlar ki, ölkə Avropada, beynəlxalq təşkilatların yanında boynubükük olmasın”.

Flora Kərimova 2005-ci ilin parlament seçkisində 42 saylı Sumqayıt seçki dairəsindən Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarını birləşdirən “Azadlıq” blokunun namizədi olub. Müğənni hakimiyyət dairələrinin müdaxiləsi nəticəsində seçkidə qələbəsinin oğurlandığını iddia edib. Yerli məhkəmələr onun şikayətini təmin etmədiyindən müğənni Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub.

“Media forum”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər