Avtomobillər kəskin bahalaşdı – AÇIQLAMA

1499

Oxu.Az xəbər verir ki, bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, ay ərzində ümumilikdə 1572 avtomobil satışa çıxarılıb:

“Aprel ayı ilə müqayisədə avtomobil bazarında təkliflər portfeli 22,5 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 88,2 faizi benzin mühərrikli avtomobillər olub”.

Ekspertin sözlərinə görə, bu kateqoriyalı avtomobillərin orta qiyməti 26 394 manat təşkil edib.
Dizel mühərrikli avtomobillər bazarın 11,8 faizinə bərabər olub. Orta qiymət isə 32 409 manat təşkil edib:

“Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 67,6 faiz, orta qiyməti 35 543 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 32,4 faiz, orta qiymət 9 725 manat təşkil edib”.

N.İbrahimov deyib ki, hesabat dövründə bazardakı avtomobillərin orta yürüş göstəricisi 181,78 min kilometr olub. Bu göstərici ötən ayla müqayisədə 3,2 faiz azdır. Avtomobillərin orta yaşı isə 11,3 il təşkil edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər