“Aylı gecə” şadlıq sarayında kütləvi dava baş verib

1621

toyda-oynayanlarİyulun 30-da axşam saatlarında Sumqayıt şəhərindəki “Aylı gecə” şadlıq sarayında kütləvi dava baş verib.

Lent.az-ın hadisənin şahidi olan müxbiri xəbər verir ki, hadisəyə səbəb şadlıq sarayındakı toy zamanı düşən mübahisə olub.

Şadlıq sarayından çıxan iki dəstə məsələni “Ay işığı”nın həyətində “çürütmək” qərarına gəliblər. Bir-birlərini nalayiq söyüşlərlə təhqir edən dəstələr arasında daha sonra əlbəyaxa döyüş başlayıb. Nəticədə adı məlum olmayan dava iştirakçılarından biri sifətindən güclü zərbə alıb, zərbə dəyən hissədən güclü qan axıb.

Həmçinin, şadlıq sarayının qapısının şüşələri sındırılıb.

Dava edən tərəfləri toydan çıxan şəxslər çətinliklə sakitləşdirib.

Toy iştirakçılarının Lent.az-ın müxbirinə bildirdiyinə görə, dava mahnı sifarişi üstündə baş verib. Bəyin qonşuları oynamaq istəyərkən bir nəfər ortadan çıxmaq istəməyib. Həmin bir nəfəri çıxarmaq istəyərkən isə mübahisə yaranıb və nəticədə dava düşüb.

Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, “Aylı gecə” şadlıq sarayında demək olar ki, hər gün dava düşür. “Hər gün söyüş və təhqir səsləri gəlir ki, bu da bizim narahatlığımıza səbəb olur. Ailə var, uşaq var axı…” – deyə, sakinlər şikayət edib.

Qeyd edək ki, “Aylı gecə” şadlıq sarayı Sumqayıt şəhəri, 18-ci mikrorayon, “Daş bazarı”ının yaxınlığında yerləşir.

Elşən Məmmədov Lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər