Azəraycanda talassemiya daşıyıcıları ilə bağlı statistika – 1 milyondan çoxdurlar

114
“Respublikamızda 1 milyondan yuxarı talassemiya daşıyıcısı var. Daşıyıcılıq talassemiyanın kiçik formasıdır. Daşıyıcılar xəstə deyil, onların sağlam insanlardan elə də fərqi yoxdur. Talassemiya daşıyıcıları ailə qurduqda xəstə uşaqlar dünyaya gəlir”.
Medicina.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Respublika Talassemiya Mərkəzi publik hüquqi şəxsin direktoru Valeh Hüseynov deyib.
O bildirib ki, talassemiya daşıyıcıların ailə qurması nəticəsində son illər talassemiya xəstələrinin sayında artım müşahidə olunurdu: “Hazırda respublikamızda 3614 nəfər irsi qan xəstəsi kimi qeydiyyatdadır. Onların 3105-i talassemiyalı xəstələrdir. 2015-ci ildən nikahdan öncə tibbi müayinənin aparılması nəticəsində 2017-ci ildə talassemiya daşıyıcısı olan xəstələrin doğulmasında önəmli dərəcədə azalma müşahidə olunur”.
Direktorun sözlərinə görə, Respublika Talassemiya Mərkəzində 18 yaşa qədər qeydiyyatda olan talassemiyalı xəstələrin sayı 1000-ə yaxındır.
V. Hüseynov qeyd edib ki, 2013-cü ildən Respublika Talassemiya Mərkəzində 55 sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib: “Bunların da əksəriyyəti irsi qan, o cümlədən talassemiyalı xəstələrdir. Sümük iliyi transplantasiyası talassemiya xəstəliyinin yeganə radikal müalicə üsuludur. Bütün dünyada olduğu kimi ölkəmizdə də donor problemi böyük problemdir. Bu il təxminən 10 xəstəyə sümük iliyinin köçürülməsi planlaşdırılır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər