Azərbaycan Gənclərinin IX Forumu Çərçivəsində zona toplantısı keçirildi

1040
Azərbaycan Gənclərinin IX Forumu Çərçivəsində Quba-Xaçmaz zonası üzrə toplantı keçirildi.
Quba-Xaçmaz zonası üzrə Sumqayıt şəhərində keçirilmiş toplantıda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Millət Vəkilləri, Milli Məclisin gənclər və idman komitəsinin üzvləri Eldəniz Səlimov, Şahin Seyidzadə, Azərbaycan Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin şöbə müdiri Vüsalə Niftəliyeva və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin həkim mütəxəssisi Pərvin Quliyeva iştirak ediblər.
300 nəfərdən çox gəncin iştirakı ilə keçirilmiş zona toplantısında Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov çıxış edərək forumun tarixi önəmindən, dövlətin gənclərə olan xüsusi diqqət və qayğısından, gənclərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri şücaətdən eyni zamanda dünyanı cənginə almış Covid-19 pandemiyası ilə mübarizədə könüllü gənclərin əvəzsiz rollarından söz açdı.
Daha sonra Sumqayıt şəhər sakini Vətən Müharibəsi qazisi, baş leytenant Abdullayev Pərvin Dövlət oğlu, Abşeron rayon nümayəndəsi ictimai fəal Şərifova Ləman Həsən qızı, dövlət qulluqçusu, fəal gənc Rzayeva Səadət Əziz qızı, Xızı rayonundan müəllimə Hüseynova Xanım Ağalar qızı, Şabran rayonundan dövlət qulluqçusu Yusifova Şölə Aslan qızı, Xaçmaz rayondan gənc alim Paşayeva Ziyarət Nağı qızı, Siyəzən rayondan müəllim Yusifov Zərbalı Elman oğlu, Quba rayonu Gənclər və İdman İdarəsinin əməkdaşı Hətəmov Xəyal Ələmşah oğlu, Qusar rayonundan tələbə Vəlimətova Maişat Rasim qızı çıxış ediblər. “Biz birlikdə güclüyük”, “Gənclərin vətənpərvərlik tərbiyəsində yeni mərhələ: Ali Baş Komandanın və Azərbaycan Silahlı qüvvələrinin tarixi qələbəsi”, “Gənclərin sağlamlığı-xalqın sağlamlığı” mövzularında çıxışları dinlənilib.
Rəsmi qonaqlar Zona toplantısında çıxış edərək ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən və Azərbaycan gənclərinin inkişaf strategiyasının reallaşdırılması istiqamətində görülmüş işlərdən, müasir Azərbaycan gənclərinin cəmiyyətin inkişafındakı rolundan danışıblar. Çıxışlardan sonra toplantı iştirakçılarının sualları cavablandırıldı və ətraflı fikir mübadiləsi aparıldı.
Zona toplantısından 24 dekabr 2020-ci il tarixində keçiriləcək Azərbaycan Gənclərinin IX Forumu Respublika toplantısına 130 nümayəndə seçilib. Görüş Zona Toplantısının Qətnaməsinin qəbulu ilə başa çatdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər